03 Aprel 2020 12:45
529
İQTİSADİYYAT
A- A+

AYİB ilə Azərbaycanın əməkdaşlıq imkanları müzakirə edilib


İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Şərqi Avropa və Qafqaz üzrə idarəedici direktoru Matteo Patrone, qurumun Qafqaz üzrə regional direktoru Katarina Bjorlin Hansen və Bankın Azərbaycan üzrə rəhbəri İvana Duarte ilə telefon danışıqları aparıb. Müzakirələr koronavirus (COVID-19) epidemiyasının təsirləri ilə mübarizə istiqamətində Azərbaycan hökumətinin və Bankın səylərinin birləşdirilməsinə həsr olunub.

Qeyd edilib ki, AYİB, Azərbaycandakı müştərilər də daxil olmaqla, 38 ölkəni əhatə edən tərəfdaş ölkələr üçün 1 milyard avro dəyərində təcili "həmrəylik paketi" təqdim edib. Bu baxımdan, Bank Azərbaycanla əməkdaşlığı intensivləşdirmək niyyətindədir.

M.Cabbarov koronavirus pandemiyasının, habelə dünya enerji və fond bazarlarında yaranmış vəziyyətin Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluğa və ölkədə fəaliyyət göstərən təsərrüfat subyektlərinə təsirini azaltmaq məqsədilə ölkə Prezidenti tərəfindən martın 19-da Fərman imzalandığını diqqətə çatdırıb. Bildirilib ki, Fərmana əsasən, koronavirus pandemiyasının mənfi təsirlərinin azaldılması tədbirlərinin maliyyələşdirilməsi üçün Nazirlər Kabinetinə dövlət büdcəsindən 1 milyard manat ayrılıb. İqtisadiyyat naziri Azərbaycanın mövcud çağırışları qarşılamaq üçün kifayət qədər resurslara malik olduğunu, eyni zamanda AYİB-in təklif etdiyi dəstək tədbirlərinin də dəyərləndirildiyini diqqətə çatdırıb.

AYİB-in Şərqi Avropa və Qafqaz üzrə idarəedici direktoru Matteo Patrone Azərbaycan hökuməti ilə mövcud sıx əməkdaşlığı yüksək qiymətləndirib və bundan sonra da Azərbaycan iqtisadiyyatını dəstəkləməyə, bu məqsədlə səyləri artırmağa hazır olduqlarını vurğulayıb. Qeyd edib ki, AYİB təcili dəstək proqramı çərçivəsində Bank müştərilərinə likvidlik, dövriyyə kapitalı və ticarətin maliyyələşdirilməsi kimi tədbirlərlə dəstək verməyə hazırdır.

Məlumat üçün bildirək ki, AYİB bu günə qədər Azərbaycana 173 layihə üzrə 3,5 milyard avro məbləğində maliyyə vəsaiti ayırıb. Bundan başqa, AYİB kiçik və orta biznesə məsləhət xidmətləri, 1000-dən çox şirkətə isə dəstək göstərir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video