03 Aprel 2020 01:03
637
DÜNYA
A- A+

Türkiyədə virusdan ölənlərin sayı və dinamikası yüksəlir

Dünyada sürətlə yayılan yeni növ koronavirusdan (COVID-19) Türkiyədə yoluxma və ölənlərin sayı artmaqda davam edir. Aprelin 2-də daha 79 nəfər dünyasını dəyişib. Bu, infeksiya ilə bağlı ölüm qeydə alınan günlərdə baş verən ən çox itkidir. Ölənlərin ümumi sayı 356 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə son rəqəmləri Səhiyyə naziri Fahrettin Koca sosial şəbəkədə paylaşıb. Nazir bildirib ki, bu gün 17 min 757 nəfər üzərində müayinə aparılıb. Onlardan 2 min 456 nəfərdə infeksiya aşkarlanıb. Beləliklə, ölkə üzrə 18 min 135 nəfər infeksiyadan müalicə olunur. Onlardan 1101 şəxsin vəziyyəti ağırdır. İndiyə qədər 415 nəfərin müalicəsi müsbət nəticə verib. Ölkə üzrə cəmi 125 min 556 nəfər infeksiya testindən keçirilib.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video