02 Aprel 2020 17:42
451
CƏMİYYƏT
A- A+

Azərbaycan koronavirus imtahanından uğurla çıxmağa çalışır


Bəşəriyyət koronavirus bəlası ilə mübarizə aparmaqdadır. Dünyanın bugünkü mənzərəsi göstərir ki, müasir dövrün insanı yeni növ virusun qarşısında acizdir. Pandemiyanın əhatə dairəsi getdikcə böyüyür.
Ancaq koronavirusun yayılmaması üçün hansı ölkələr ki, səmərəli qabaqlayıcı tədbirlər görür, orada vəziyyət qənaətbəxşdir. Belə ölkələrdən biri də Azərbaycandır. Ölkəmizdəki bugünkü durum göstərir ki, dövlət bütün mümkün qabaqlayıcı və operativ tədbirləri həyata keçirir. Bu baxımdan biz hətta bir çox ölkələri qabaqlayırıq.

İnfeksiyanın dünya ölkələrində geniş yayılması ilə əlaqədar Dünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunması Azərbaycanda əlavə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini zərurətə çevirib. Ölkədə koronavirusun zərərlərini azaltmaq məqsədilə tətbiq olunan xüsusi karantin rejimi dövlətin vətəndaşını qoruması yolunda həyata keçirilən tədbirlər silsiləsinin davamıdır.
Onlardan biri olan Azərbaycanda bu istiqamətdə atılan addımlar ölkəmizin itkilərinin minimal həddə olacağını istisna etmir. Eyni zamanda atılan addımlar əhalinin, özəl sektorun da bundan az əziyyət çəkəcəyini göstərir. Xüsusən də prezident İlham Əliyevin "Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamı indiki halda çox vacib addım sayılır. Burada iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən sahibkarlığa dövlət dəstəyinin göstərilməsi ilə bağlı proqramlar hazırlanıb.
Digər tərəfdən məlumdur ki, proseslərin ölkə iqtisadiyyatına ciddi mənfi təsirinin olmaması üçün Azərbaycan prezidenti tərəfindən 4 istiqamət üzrə işçi qruplar yaradılıb. İşçi qruplarının başlıca məqsədi mənfi fəsadların maksimum dərəcədə yumşaldılması və iqtisadiyyatın dayanıqlılığının təmin olunmasından ibarətdir. Addımın bir istiqaməti sosial bloka aiddir. Bu, bir tərəfdən də ölkə əhalisinin geniş təbəqəsinin sosial rifahının yüksəldilməsinə və ən azından zəifləmələrin olmamasına yönələn siyasətdir. Xatırladaq ki, ötən illər ərzində ölkədə sosial paket reallaşdırılıb. Paketin effektinin itirilməməsi üçün əhalinin geniş təbəqələrinə sosial dəstək göstərmək önəmlidir. Görülən işlər bank sektoru ilə bağlı da mühüm addımların atılmasını özündə ehtiva edir. Burada bir əsas istiqamət valyuta bazarında sabitliyin qorunmasıdır. Bu, ölkənin makroiqtisadi sabitliyi üçün əhəmiyyətlidir. Bunlarla yanaşı, maliyyə və büdcə sabitliyi, eləcə də vergi siyasəti olduqca önəmlidir. Yəni təklif olunan dəstək paketi müxtəlif sahələri əhatə edir. Xüsusi ilə əhaliyə göstərilən kommunal xidmətdə güzəştlərin olacağı da burada mühüm əhəmiyyət kəsb edir.
Xatırladaq ki, əhali üçün elektrik limitinin 100 kilovat artırılması nəzərdə tutulub. Qeyd edilənlər bir daha təsdiq edir ki, iqtisadi dəstək paketi bir çox sahələrə tətbiq ediləcək. Paket pandemiya sonrası iqtisadiyyatda yaranan boşluqları aradan qaldırmaq və minimum zərərlə çıxmağı da hədəfləyir.

Elçin CƏFƏROV,
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video