02 Aprel 2020 16:23
571
DÜNYA
A- A+

Duterte karantin rejimi zamanı qanunu pozanlara atəş açmağı əmr edib

Filippin Prezidenti Rodriqo Duterte koronavirusun yayılması fonunda ölkədə elan edilən karantin rejimi zamanı polisə və Silahlı Qüvvələrə sülhü və asayişi pozacaq etirazçılara atəş açmaq barədə göstəriş verib.

AZƏRTAC "Philippine Star” qəzetinə istinadla xəbər verir ki, müvafiq göstəriş Keson-Siti şəhərində əhalinin kasıb təbəqəsindən ibarət 100-ə yaxın şəxsin yerli hakimiyyətdən ərzaq və digər yardım tələbi ilə etiraz aksiyası təşkil etməsindən sonra verilib. Aksiyanın 20 iştirakçısı saxlanılıb.

Qeyd edək ki, Filippində yeni koronavirusa yoluxanların sayı 2,3 mini keçib, 96 nəfər isə həyatını itirib.

Bir qədər əvvəl ölkə hökuməti 18 milyon kasıb ailəyə paylamaq üçün 200 milyard peso (3,9 milyard dollar) ayırıb. Bu vəsaitdən hər ailəyə ayda 98 dollar veriləcək.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video