02 Aprel 2020 15:57
389
SİYASƏT
A- A+

Separatçılar təkrar “seçkilər”ə gedir


Ermənilər daxilində dava böyüyür

Azərbaycanın işğal edilmiş ərazilərində keçirilən son "seçkilər” Nikol Paşinyan iqtidarı ilə keçmiş hərbi xunta arasında mübarizənin hələ davam edəcəyini göstərir. Burada təşkil edilən "seçkilər”də tərəflərin namizədlərindən heç biri "seçicilər”in 50 faizinin səsini toplaya bilmədiyi üçün qalib gələ bilməyib. Qondarma qurumun keçmiş "baş nazir”i Araik Arutyunyan 49,25 faiz, sabiq "xarici işlər naziri” Masis Mailyan isə 26,4 faiz səs yığıb və ikinci tura keçib. Növbəti "seçki” günü hələ məlum deyil.

Baş verənlər Ermənistanın özünün beynəlxalq miqyasda tənqid hədəfinə çevrilməsi ilə nəticələnib. Burada xatırlatmaq yerinə düşərdi ki, Dağlıq Qarabağda "seçkilər” keçirilməsinə dünya ictimaiyyətinin reaksiyası sərt oldu. Belə ki, "seçkilər”in nəticəsi heç bir ölkə və qurum tərəfindən tanınmadı. Dünya ölkələri, aparıcı beynəlxalq qurumlar qondarma rejimdə keçirilən "seçkilər”i qınayan sərt bəyanatlarla çıxış etdi.
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə birbaşa məşğul olan ATƏT-in Minsk qrupu həmsədrləri bəyanat verərək bildirdilər ki, martın 31-də Dağlıq Qarabağda keçirilən "seçkilər”in nəticələrini tanımırlar. Vasitəçilər onu da bəyan ediblər ki, Dağlıq Qarabağ heç bir həmsədr ölkə və ya başqa bir ölkə tərəfindən müstəqil və suveren dövlət kimi tanınmır. Həmsədrlər vurğulayıblar ki, "seçkilər”in nəticələrini Dağlıq Qarabağın hüquqi statusuna təsir kimi də qəbul etmirlər. Onlar "seçkilər”in nəticələrinin heç bir halda Dağlıq Qarabağın son statusuna və ya davam edən danışıqların nəticəsinə, Dağlıq Qarabağ münaqişəsinin davamlı və dinc yolla həllinə təsir göstərməyəcəyini bəyan ediblər.
Digər beynəlxalq və regional təşkilatlar, o cümlədən Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, NATO, GUAM, Türk Şurası, çoxsaylı dövlətlər də bu qondarma "seçkilər”i pisləyən və onların hər hansı hüquqi əsasının olmadığını vurğulayan bəyanatlarla çıxış etdilər. Bu təşkilatların və dövlətlərin öz prinsipial mövqelərini bir daha ifadə etmələri Ermənistana o mesajı verir ki, ərazilərin zor gücünə əldə edilməsi legitim ola bilməz. Bunlar işğal edilmiş Dağlıq Qarabağ bölgəsində 2020-ci ilin 31 mart tarixində "prezident və parlament seçkiləri” adı altında növbəti "seçki şousu”nun da iflasını göstərir. Təcavüzkar Ermənistan və onun əlaltısı olan işğalçı rejimin bu addımının qanunsuz olması bir daha təsdiqini tapdı.
Beləliklə, ermənilərin Dağlıq Qarabağda "seçkilər” keçirməklə qondarma rejimə legitimlik donu geyindirmək cəhdi bu dəfə də alınmadı. Bu "seçkilər” bir daha həm də onu göstərdi ki, Ermənistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq, onların Azərbaycana və beynəlxalq hüquqa hörmətsizliyi dəyişməz qalır. Eyni zamanda görünən budur ki, keçmiş hakimiyyət nümayəndələri olan sabiq prezidentlər Robert Koçaryan və Serj Sarkisyanın Paşinyanla çəkişməsi davam edəcək.
Erməni politoloq Artur Atayev qeyd edir ki, "DQR” hələ də Paşinyanı siyasi lider kimi qəbul etmir: "Qurumda hərbi sindrom xarakterikdir, yəni döyüş təcrübəsi olmayan siyasətçi nüfuzlu şəxs hesab edilmir. Bu mənada "məxməri inqilab” Ermənistanı "DQR”dən ayırıb. Onlar arasında qarşıdurma daha da dərinləşəcək”.

Elçin CƏFƏROV,
"Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video