02 Aprel 2020 14:31
826
İQTİSADİYYAT
A- A+

Müstəqillik tarixinin ən böyük iqtisadi dəstək proqramı

Prezident İlham Əliyevin növbəti iqtisadi və sosial paketi ölkə vətəndaşının rifah halının yüksəlməsinə, makroiqtisadi sabitliyin qorunmasına xidmət edir

Koronavirus pandemiyasının milli iqtisadiyyata və insanların gündəlik sosial-iqtisadi həyatına göstərdiyi təsirlərin aradan qaldırılması üçün dövlət zəruri addımlar atır.

Prezident İlham Əliyevin göstərişi ilə əhaliyə, xüsusən də sahibkarlara dövlət dəstəyinin göstərilməsi ilə bağlı 10 proqram hazırlanıb. Dövlət başçısının göstərişi ilə yaradılan işçi qrupu tərəfindən müxtəlif fəaliyyət sahələri təsnifləşdirilib və ən çox zərər çəkmiş sahələr, mənfi təsirə əhəmiyyətli dərəcədə məruz qalanlar, minimal təsirə məruz qalmış və ya təsirə məruz qalmamış sahələr müəyyən edilib. Bu, 4 böyük sektoru və 20 fəaliyyət istiqamətini əhatə edir.

Ümumilikdə dövlət dəstək proqramlarının maliyyə həcmi 2,5 milyard manatdır. Yəni bu, 2,5 milyard manatlıq dəstək sistemi deməkdir.

Bu dövlət dəstəyi proqramlarından koronavirus pandemiyasından zərər çəkmiş sahələrdə çalışan 304 min muzdlu işçi, 292 min fərdi (mikro) sahibkar, həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələr yararlana biləcək. Digər proqramlara əsasən isə əhalinin elektrik enerjisinin istehlakı üzrə kommunal ödənişlərə dəstək məqsədilə müəyyən edilən limit artırılacaq. Həmçinin həyati vacib sərnişindaşıma fəaliyyəti sahələrinə də dəstək göstəriləcək. Sərnişindaşımada sistem əhəmiyyətli müəssisələrə - AZAL, BNA, "Bakı Metropoliteni” QSC, "Azərbaycan Dəmir Yolları” QSC və s. qurumlara da dəstək veriləcək. Bundan başqa, dövlət sosial proqramların əhatə dairəsini genişləndirəcək və aztəminatlı insanlarımıza dəstək olacaq. Bununla yanaşı, biznesə vergi güzəştləri və imtiyazlar veriləcək, ipoteka kreditləri dəstəklənəcək, vergi ödəyicilərinin bank kreditlərinə dəstək veriləcək.

Onu da vurğulamalıyıq ki, Azərbaycanın 2,5 milyard manatlıq antiböhran proqramı ÜDM-in 3,1 faizini təşkil edir.

Hər zaman ölkə əhalisinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində ciddi qərarlar qəbul edən, sosial paketlər hazırlayan Prezident İlham Əliyev koronavirusun yaratdığı gərginlik dövründə də qlobal şokların Azərbaycana təsirini azaltmaq üçün dövlət dəstəyi proqramı hazırladı.

İqtisadi ekspertlər bunu dəyərləndirərkən qeyd edirlər ki, Prezident İlham Əliyevin növbəti böyük iqtisadi və sosial paketi müstəqillik tarixinin ən böyük iqtisadi dəstək proqramıdır.


Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video