02 Aprel 2020 14:20
561
İQTİSADİYYAT
A- A+

Dövlət vətəndaşlara dayaqdır


Azərbaycan Prezidenti İlham Əliyevin "Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamına əsasən, iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən sahibkarlığa dövlət dəstəyinin göstərilməsi ilə əlaqədar hazırlanan proqramların əsas istiqamətləri, onların əhatə dairəsi, iqtisadi artıma və sahibkarlığa dəstək əsas alətləri ekspertlər və müvafiq qurumların rəhbərləri tərəfindən geniş şərh edilir.

Koronavirus pandemiyasının qlobal iqtisadiyyata ciddi mənfi təsirləri bizdən də yan ötmür. Hökumətin təklif etdiyi proqramlar pandemiyanın Azərbaycan iqtisadiyyatına mənfi təsirlərini minimallaşdırmaq istiqamətində atılan çevik və sürətli iqtisadi addımlardır. Bu proqramlar iqtisadiyyatda baş verə biləcək neqativ tendensiyalara çevik reaksiya verir. Sərt karantin rejiminin tətbiqi, sosial izolyasiya tədbirləri insanları qorumaqla yanaşı, həm də ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluğa və sahibkarlığa mənfi təsirlərin azaldılmasına da müsbət təsir göstərir.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov mətbuata açıqlamasında ölkə iqtisadiyyatına dövlət dəstəyi paketinin mahiyyətini şərh edərkən deyib ki, hökumətin hazırladığı 10 proqram dörd böyük sektoru və iyirmi fəaliyyət istiqamətini əhatə edir. Bu fəaliyyət sahələri təsnifatlaşdırılıb və ən çox zərər çəkmiş, əhəmiyyətli dərəcədə mənfi təsirə məruz qalmış, minimal təsirə məruz qalmış və ya təsirə məruz qalmamış sahələr kimi müəyyənləşdirilib. Dövlət dəstəyi mexanizmi karantin rejimi və iqtisadi fəallığın məhdudlaşdırılması şəraitində hökumətin iş yerlərini ixtisar etməmək və işçilərin əməkhaqlarını ödəməklə bağlı çağırışlarına əməl edən, iş yerlərini və əməkhaqlarını qoruyub saxlayan sahibkarlara şamil ediləcək. Eyni zamanda fəaliyyətini şəffaf quran, işçilərlə əmək müqavilələri bağlayan sahibkarlar bu dəstəkdən daha çox faydalanacaqlar.

Proqramın bütün istiqamətlərini ayrı-ayrılıqda şərh edən S. Məmmədov "TREND”ə açıqlamasında bildirib ki, dəstək paketində həmçinin kommunal xidmətlər sahəsində əhaliyə güzəştlərin tətbiqi və digər sosial məsələlər də öz əksini tapmışdır:

- Təkliflər arasında əhalinin elektrik enerjisinin kommunal limitinin artırılması proqramı da var. Karantinlə əlaqədar insanların evdə qalması səbəbindən enerji istehlakının həcmi də artıb. Əhalinin həssas qrupu üçün bu məqam xüsusilə nəzərə alınacaqdır. Həmin qrup üçün elektrik enerjisindən güzəştli istifadə limitinin 100 kvts. həcmində müddətli artırılması nəzərdə tutulur.

Bununla yanaşı, əhalinin maddi vəziyyətinin dəstəklənməsi üçün sosial paket (işsizlik müavinəti, sosial yardım və s.) vəsaitlərinin ayrılması da planlaşdırılır.

Eləcə də sosial həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə dəstək proqramı hazırlanır.

Bütün bunlar isə dövlət dəstəyinin yalnız bir hissəsidir və əlavə dəstək mexanizmləri, o cümlədən sosial dəstək paketi üzərində də iş aparılır. Həyata keçirilən tədbirlər bir daha göstərir ki, Azərbaycan dövləti daim vətəndaşının yanındadır.


Bahadur IMANQULIYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video