02 Aprel 2020 10:14
429
CƏMİYYƏT
A- A+

Minlərlə tənha şəxsə evlərində sosial xidmət göstərilir


Prezident İlham Əliyevin göstərişinə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bütün sosial xidmət işçiləri səfərbər edilməklə gücləndirilmiş iş rejimi ilə işləyirlər. Yaşı 65-dən yuxarı tənha şəxslərə evlərində gündəlik sosial xidmətlərin göstərilməsi Sumqayıtda xüsusi proqram halında aparılır.

YAP Sumqayıt şəhər təşkilatının könüllüləri yaşı 65-dən yuxarı tənha şəxslərə evlərində gündəlik sosial xidmətlərin göstərilməsində yaxından iştirak edir.

Belə ki, bu sahədə fəaliyyət göstərən YAP könüllüləri bu fəaliyyətdən məmnun olduqlarını, hər zaman tənha və yaşlı insanlara kömək edəcəklərini bildiriblər. Demək olar ki, bütün ərazisini əhatə edən könüllülər yaşlıların problemləri ilə maraqlanır, onların əvəzinə bazarlıq edir. Həmin yaşlı nəsil göstərilən xidmətdən razı qaldıqlarını bildirirlər.

Şəhərin məhəllə və mikrorayonlarında, qəsəbələrdə yaşayan tənha insanların siyahısı çıxarılaraq üzvlərə paylanılmışdır. Qrup halında hərəkət edən könüllülər az bir zaman kəsiyində həmin yaşlı nəslin nümayəndələrinə sosial xidmət göstərmişlər.

Məlumat üçün bildirək ki, son günlər könüllülər minlərlə insana evlərində sosial xidmət göstərmiş və hazırda hərəkat davam etməkdədir.

Akif ƏLİYEV,

"Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video