02 Aprel 2020 01:28
658
DÜNYA
A- A+

Körfəz ölkələrində koronavirusa yoluxanların və ölənlərin sayında artım var

Aprelin 1-də Körfəz ölkələrində COVID-19 virusuna yoluxanların və ölənlərin sayı artıb.

AZƏRTAC xəbər verir ki, Səudiyyə Ərəbistanında son sutka ərzində yeni növ koronavirusa 157 yoluxma halı və bu xəstəlikdən 6 ölüm faktı qeydə alınıb. Səhiyyə Nazirliyinin məlumatına görə, indiyədək COVID-19 virusuna yoluxanların sayı 1720 nəfərə çatıb, 16 nəfər isə həyatını itirib. Ölənlərin 4 nəfəri Mədinə, qalanları isə Ər-Riyad və Məkkə sakinləridir.

Ötən gün Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) koronavirusdan 2 nəfər dünyasını dəyişib və beləliklə, ölənlərin sayı 9-a çatıb. BƏƏ Səhiyyə Nazirliyinin məlumatına görə, həyatını itirənlər 16 yaşlı Uzaq Şərq mənşəli və 78 yaşlı ərəbdir. Onların hər ikisinin ürək-damar sistemi xəstəliyindən əziyyət çəkdikləri bildirilib. Nazirlik əlavə edib ki, ölkədə son bir sutkada koronavirusa 150 yoluxma halı olub və xəstələrin ümumi sayı 814 nəfərə çatıb.

Qətərdə ötən gün daha 54 yoluxma halı qeydə alınıb. QNA agentliyinin xəbərinə görə, koronavirus xəstələrinin ümumi sayı 835 nəfərə çatıb, iki nəfər isə dünyasını dəyişib.

Küveytdə isə aprelin 1-də koronavirusa 28 nəfər yoluxub. Səhiyyə Nazirliyi indiyədək ölkədə 317 yoluxma halının qeydə alındığını, onlardan 14 nəfərinin vəziyyətinin ağır olduğunu bildirib.

Oman Səhiyyə Nazirliyi son bir gündə ölkədə daha 18 nəfərin koronavirusa yoluxduğunu, xəstələrin ümumi sayının 210-a çatdığını bildirib. Sultanlıqda 34 xəstə tamamilə müalicə olunub, bir nəfər isə dünyasını dəyişib. ONA xəbər agentliyi ölən şəxsin 72 yaşlı Oman vətəndaşı olduğunu bildirib.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video