02 Aprel 2020 00:48
691
SİYASƏT
A- A+

Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkilər” Bosniya və Herseqovina ziyalılarını hiddətləndirib

Dağlıq Qarabağda keçirilmiş qondarma "parlament və prezident seçkiləri” Bosniya və Herseqovina ziyalılarını da hiddətləndirib. Bu barədə məqalə dərc etdirən "İntellektuallar Assosiasiyası”nın prezidenti Adil Kulenoviç baş vermiş bu qanunsuzluğu tənqid edib.

AZƏRTAC xəbər verir ki, məqalədə dünyadakı bütün ölkələr qlobal bir pandemiya təhlükəsi ilə üzləşəndə və koronavirusun insanların sağlamlığına və iqtisadi yaşayışa təsirinin belə anında yırtıcı siyasi təşkilatlar və ayrı-ayrı dövlətlərin suveren dövlətlərin beynəlxalq nizamını və demokratik memarlığını məhv etmək niyyətləri vurğulanır. Bildirilir ki, bu gün də dost Azərbaycana qarşı həmin murdar siyasətin yürüdülməsinin şahidi oluruq.

Yazıda deyilir: "Təxminən 30 ildir ki, beynəlxalq ictimaiyyət, BMT Təhlükəsizlik Şurası və digər qurumlar Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmətlə yanaşır və erməni işğalçı qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Bu qeyri-demokratik "seçkilərin” Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində keçirilməsi, hüquqi qüvvəyə malik olmaması təkcə Azərbaycan Respublikası Konstitusiyasının, eyni zamanda beynəlxalq hüququn, o cümlədən, BMT Nizamnaməsinin, ATƏT-in 1975-ci il Helsinki Yekun Aktının və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin pozulmasıdır”.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video