01 Aprel 2020 13:32
515
CƏMİYYƏT
A- A+

"Biz birlikdə güclüyük!"

Koronavirusla mübarizə çox vacib və mümkündür

Günün şüarı belədir: "Biz birlikdə güclüyük!" Çünki çətin sınaq qarşısında həmrəyliyə və milli birliyə çağırış kimi təbliğ olunur.


Bu, çox vacib məsələdir. Dünyanı hədələməkdə olan "COVID-19”un tezliklə "cilovlanması” bu gün "Evdə qal, Azərbaycan!" şüarının akrtuallığını ortaya qoyub. Özünütəcrid tədbirlərinin, Nazirlər Kabineti yanında Operativ Qərargahın martın 29- 31-də tətbiq etdiyi qadağa və məhdudiyyətlərin davamlı şəkildə əhalinin diqqətinə çatdırılması mühüm və olduqca vacibdir. Bunun üçün elektron KİV-lərin üzərinə çox böyük məsuliyyət düşür.

Bu gün Azərbaycan əhalisi dünyada baş verənləri internet və tele-məkan vasitəsilə izləməkdə və baş verən dəhşətləri gözləri ilə görməkdədir. Azərbaycan dövlətinin və hökumətinin bu "çağırılmamış qonaq”dan yaxa qurtarmaq üçün vacib saydığı və təşkil etdiyi hər bir tədbir ölkə vətəndaşlarının tam təhlükəsizliyinə və sağlamlığına hesablanıb. Çətin günlərdə bizim hər birimizin sağlamlığımızın qorunması üçün öz həyatlarını risk altında qoyaraq koronavirusa yoluxmuş xəstələrin müalicəsinə çalışan fədakar həkimlərimizin, eləcə də hələ özlərinə və özgələrinə laqeyd qalaraq küçələrdə maskasız və əlcəksiz gəzən (bəziləri istisna olmaqla) yaşlı, qoca və cavanlara vəziyyətin ciddiliyini aşılayarkən belə təhqir və təhdidlərə məruz qalan polis qardaşlarımızın fəaliyyəti əsl vətənpərvərlik nümunəsidir!

Karantində olan şəxslərin saxlanma şəraitinin yüksək səviyyədə olması bir qədər də optimistliyə stimul verir. Xaricdə olan tələbələrimizin, müəyyən səbəblərdən orada qalmış vətəndaşlarımızın ölkəyə gətirilməsi, onlara diqqət və qayğı birbaşa Azərbaycan Prezidenti İlham Əliyevin adı ilə bağlıdır.

Koronavirusla bağlı dünyada mürəkləb vəziyyətin, hər gün on minlərlə insanın yoluxması, ölməsi, ayrı-ayrı ölkələrin üzləşdiyi çətin və dözülməz vəziyyət, pandemiya ilə mübarizə sahəsində görülən işlərin əhaliyə çatdırılması günün əsas mövzusudur.

Əlbəttə, ölkəmizdə hazırkı vəziyyət - yoluxanlar, sağalanlar, karantində olanlar, testlər və s. barədə məlumatların ardıcıl şəkildə əhalinin diqqətinə çatdırılması bir məqsəd daşıyır: vətəndaşlarda məsuliyyət hissinin artırılması, panika və ajiotaj yaratmayacaq səviyyədə vəziyyətin mürəkkəbliyinin düzgün dəyərləndirilməsi, insanlarda vəziyyətə ciddi yanaşmanın formalaşdırılması. Bu məqsədlə dünya ölkələrində necə sərt tədbirlərin görüldüyünə dair kadrların göstərilməsi kimi təbliğat vairiantını da bura əlavə etmək olar.

Qaydalara riayət etməyənlərə qarşı ciddi cəza tədbirlərinin görüləcəyinə dair mesajları qulaqardına vurmaq olmaz! Bu kimi tədbirlər birmənalı şəkildə əhalinin sağlamlığını qorumaq məqsədi daşıyır.


Gizli deyil ki, koronavirusla bağlı vəziyyət dünya çapında ən ağır ssenari üzrə inkişaf edir. Ona görə də məsuliyyətsiz davranılacağı, qaydalara riayət olunmayacağı təqdirdə bizi daha dəhşətlər gözləyə bilər! Ölkəmiz və onun vətəndaşları real təhkükə ilə üz-üzə qaldığı bu günlərdə milli birlik, həmrəylik göstərməli, Vətən, xalq sevgisi önə çıxmalıdır. Bunun üçün də hər kəsdən "Evində qal, Azərbaycan” şüarını bayraq etməli, dözümlülük göstərməli, özünü və ailəsini, qonşusunu və qohumunu, xalqını və millətini qorumağa çalışmalıdır. "İsti münasibət” yalnız bir-birinə sarılmaq deyil, əksinə, 1-2 metr məsafə saxlamaqla, yaxud, evdən küçəyə lazım olmadığı halda çıxmamaqdır!

Qoyulan tələblərə əməl etməliyik, çünki yoluxma və ölümlərin sayı artır, bundan sonra da çoxalacağı ehtimal olunur. Hər evdən çıxma, kənar şəxslə təmas infeksiyaya yoluxma və ölüm deməkdir. Hər bir məsuliyyətsiz davranma, hər bir qayda pozuntusu xəstələnmək və öz həyatını, ətrafını risk altına atmaqdır.

Unutmayaq ki:"Biz birlikdə güclüyük!" Koronavirusla mübarizə çox vacib və həm də mümkündür...


Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video