01 Aprel 2020 12:30
548
DÜNYA
A- A+

Yaponiyanın Baş Naziri pandemiyaya görə şəhərlərin bağlanmasından imtina edib

Yaponiya hökuməti digər ölkələrdən fərqli olaraq, yeni koronavirusun yayılması ilə əlaqədar vəziyyət kəskinləşəcəyi təqdirdə şəhərlərin məcburi bağlanmasına gedə bilməz.

AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiyanın Baş Naziri Şinzo Abe aprelin 1-də parlamentin aşağı palatasında çıxışı zamanı deyib.

"Biz, məsələn, Fransada olduğu kimi, bütün şəhərin bağlanmasına gedə bilmərik. Bunu başa düşmək lazımdır. Ölkədə vəziyyət kəskinləşəcəyi təqdirdə hökumət tərəfindən atılacaq addımların müxtəlif variantları hazırlanır”, - deyə Ş.Abe bildirib.

Müharibədən sonra ölkənin ilk dəfə belə milli fəlakətlə qarşılaşdığını qeyd edən Baş Nazir, hökumətin məcburi xarakterli addımlar atmaq üçün kifayət qədər səlahiyyətə malik olmadığını da bildirib.

Ş.Abe, həmçinin bəyan edib ki, ölkədə fövqəladə vəziyyət rejimi tətbiq ediləcəyi halda o, parlamentlə məsləhətləşmək niyyətində deyil. "Bu barədə elan çox gərgin şəraitdə ediləcək və bu, həmin qərarın sürətlə qəbul olunmasını tələb edəcək”. Bununla yanaşı, Baş Nazir bir daha ölkədə fövqəladə vəziyyət rejiminin tətbiqi üçün şəraitin hələlik yetişmədiyini bir daha bəyan edib.

Əlavə olaraq qeyd edək ki, martın 31-də Yaponiyada daha 200 koronavirusa yoluxma halı qeydə alınıb. Beləliklə ölkədə bu virusa yoluxanların ümumi sayı üç min nəfərə çatıb.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video