01 Aprel 2020 12:24
1217
PARLAMENT
A- A+

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin onlayn iclası olub

Martın 31-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin onlayn iclası keçirilib.

Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iclası komitə sədri Musa Quliyev aparıb.

İclasa komitənin deputatları ilə yanaşı, Milli Məclis Aparatının İqtisadi qanunvericilik və Sosial qanunvericilik şöbələrinin əməkdaşları da onlayn qoşulublar.

İclasda "Sosial sığorta haqqında”, "Tibbi sığorta haqqında”, "İşsizlikdən sığorta haqqında”, "Məşğulluq haqqında” və Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihələri müzakirə edilib.

Onlayn iclasın sonunda müzakirə edilən sənədlər Milli Məclisin plenar iclasına tövsiyə olunub.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video