31 Mart 2020 16:43
498
CƏMİYYƏT
A- A+

Sumqayıtda dezinfeksiya tədbirləri daha da gücləndirilib

Ölkə ərazisində koronavirus pandemiyası ilə mübarizə çərçivəsində görülən dezinfeksiya tədbirləri daha da gücləndirilib.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən AZƏRTAC–a bildirilib ki, xüsusi ayrılmış kommunal texnikalar hər gün dezinfeksiya işlərini həyata keçirir. Şəhərin mərkəzi hissəsindən başlayaraq yollar texnika vasitəsilə yuyulur. Şəhərin əsas giriş yolu olan, uzunluğu 5 kilometrə yaxın Sülh prospekti hər iki istiqamətdə dezinfeksiyaedici məhlullarla yuyulub.

Yuyulma zamanı həm çiləmə, həm də xüsusi texnika vasitəsilə yollar dezinfeksiya olunur. Dezinfeksiya işləri hər gün aparılır və əhalinin təhlükəsizliyini qorumaq məqsədilə həyata keçirilir.

Dezinfeksiya işləri şəhərin müxtəlif ərazilərində, binaların həyət və girişlərində də aparılır.

Sumqayıt şəhərində koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq, qabaqlayıcı tədbirlər həyata keçirilir, sanitar-epidemioloji vəziyyət ciddi nəzarət altında saxlanılır. Bununla yanaşı, mütəmadi olaraq yaşayış binalarının həyətlərində, blokların girişlərində, liftlərdə, pilləkən marşlarında, konteyner meydançalarında və sakinlərin daha çox istifadə etdiyi yerlərdə dezinfeksiyaedici tədbirlər görülür.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video