31 Mart 2020 15:06
555
DÜNYA
A- A+

Çində ali məktəbə qəbul imtahanlarının vaxtı dəyişdirilib

Çinin Təhsil Nazirliyi ali məktəblərə qəbul imtahanlarının ("Gaokao”) nəzərdə tutulduğu vaxtdan bir ay gec keçirilməsinə qərar verib.

AZƏRTAC nazirliyin məlumatına istinadla xəbər verir ki, bütün abituriyentlər üçün məcburi olan Çin dili və riyaziyyat fənnindən imtahanlar iyulun 7-də, humanitar və texniki istiqamətlər üzrə digər fənlərdən isə iyulun 8-də keçiriləcək. Bu, son 17 ildə qəbul imtahanlarının ilk dəfə təxirə salınmasıdır. Xarici dil fənnindən imtahan daha sonra təşkil olunacaq.

Paytaxt Pekin və yeni növ koronavirusun (COVID-19) infeksiyasından ən çox əziyyət çəkən Hubey vilayətinin rəhbərliyi virusla bağlı şəraitə uyğun olaraq qəbul imtahanlarının daha sonraya keçirilməsi üçün Təhsil Nazirliyinə müraciət edə bilər.

Qeyd edək ki, Çində COVID-19 infeksiyasının sürətlə yayılması ilə əlaqədar Təhsil Nazirliyi orta məktəblərdə yaz semestrinin başlamasını təxirə salmışdı. Son günlər epidemioloji vəziyyətin yaxşılaşması nəticəsində bəzi vilayətlərdə orta məktəblərin son siniflərində dərslər bərpa olunub.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video