31 Mart 2020 12:34
294
CƏMİYYƏT
A- A+

Gəncədə karantin rejimini pozan obyektlər aşkarlanıb


Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejimi qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin və onun tabeli orqanlarının əməkdaşları tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, gücləndirilmiş iş rejimində xidmət aparan polis əməkdaşları mütəmadi olaraq şəhərdə həm xidməti avtomobillərlə əhaliyə səslənərək, həm də fərdi qaydada sahibkarlar və vətəndaşlarla maarifləndirici söhbətlər apararaq xüsusi karantin rejiminin tələblərinə riayət etməyə dəvət edir.
Əfsuslar olsun, görülən bu tədbirlərə, polis əməkdaşlarının bütün tədbirlərinə baxmayaraq, bəzi sahibkarlar

fəaliyyətlərini davam etdirməyə çalışırlar. Baş İdarə əməkdaşlarının şəhərin müxtəlif yerlərində keçirdikləri reydlər zamanı hələ də açıq və ya gizli şəkildə fəaliyyətini davam etdirən iaşə obyektlərinə rast gəlinib. Sonuncu belə reyd zamanı iki bərbərxana, bir gözəllik salonu, bir ətir mağazası və bir kafe aşkarlanıb. Aşkarlanan iaşə obyektlərinin sahiblərinə inzibati protokol tərtib edilərək obyektin bağlanması təmin olunub.

Bundan başqa, davam etdirilən reyd zamanı yeniyetmə və gənclərin 10 nəfərdən artıq qrup halında toplaşaraq futbol oynaması da müəyyənləşdirilib. Polis əməkdaşları onlarla profilaktiki söhbət apararaq karantin rejiminə əməl etməyi, mümkün qədər evdən çıxmamağı tövsiyə edib və bildirib ki, bütün bu tələblər vətəndaşların sağlamlığının qorunması üçündür.

Sonra həmin şəxslər ailələrinə təhvil verilərək valideynlərə övladlarına qarşı məsuliyyətli olmağı, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi barədə xəbərdarlıq edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video