31 Mart 2020 12:26
738
Təhsil
A- A+

Bakı Ali Neft Məktəbi qlobal distant təhsil proqramına qoşulub

Bakı Ali Neft Məktəbi (BANM) ABŞ-ın Stanford Universitetinin "Coursera for Campus” qlobal distant tədris proqramına qoşulub. Proqramın məqsədi koronavirus infeksiyasının təsir etdiyi ölkələrə təhsil sahəsində dəstək göstərməkdən ibarətdir.

BANM-dən  bildirilib ki, martın 26-dan etibarən ali məktəb sözügedən proqramın tədrisinə dair lisenziya əldə edib. Beləliklə, BANM-in proseslərin avtomatlaşdırılması mühəndisliyi və informasiya təhlükəsizliyi ixtisaslarının tələbələri və müəllimləri dünyanın nüfuzlu 18 universitetinin 400 ixtisas üzrə təklif etdiyi 3800 kursdan ixtisaslarına uyğun olanları ödənişsiz onlayn olaraq mənimsəmək imkanı əldə ediblər. Belə ki, tələbələr "Coursera for Campus” proqramı çərçivəsində informasiya texnologiyaları, kompüter elmləri və mühəndislik üzrə kurslardan yararlanırlar.

Kurs ingilis dilində tədris olunur və 150-dən çox BANM tələbəsi faydalanır. Kursu müvəffəqiyyətlə bitirən tələbələrə sertifikat veriləcək. Bu da onlara müvafiq fənlər üzrə final imtahanlarından azad olmaq imkanı yaradacaq.

Qeyd edək ki, sözügedən kurslar universitet tələbələrinə, məzunlara, müəllim və işçi heyətinə yüksəkkeyfiyyətli onlayn təhsil təklif edir.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video