28 Mart 2020 19:51
529
CƏMİYYƏT
A- A+

Düşmənin təxribatlarına baxmayaraq, Qazaxın sərhəd kəndlərinin sakinləri gündəlik təsərrüfat işləri ilə məşğuldurlar


Son günlər Azərbaycan-Ermənistan dövlət sərhədində gərginlik müşahidə edilir. Düşmən tərəf atəşkəs rejimini kobud şəkildə pozaraq, təxribatlar törədir. Azərbaycan əsgəri düşmənə layiqli cavab verir.

Təmas xəttinə yaxın ərazilərdə yaşayan kənd sakinləri isə bundan heç də narahat deyillər, öz gündəlik işləri ilə məşğuldurlar. Hazırda Qazax rayonunun Ermənistan ilə sərhəddəki Xanlıqlar kəndində qızğın təsərrüfat işləri görülür. Əkin sahələri suvarılır, bağlara və əkin sahələrinə qulluq olunur, təmizlik işləri aparılır.

AZƏRTAC xəbər verir ki, kənd sakini Tahir Qurbanov da üzüm bağında sahənin dərmanlanmasını həyata keçirir. "Atəş səsi daim olur. Buna baxmayaraq, hər kəs öz işində-gücündədir. Təsərrüfatımda üzüm sahəsinə dərman vurulmalıdır. Onun hazırlığını görürəm”, – deyə T.Qurbanov bildirib.

Bu sərhəd kəndinin sakinləri təsərrüfatın bir çox sahəsi ilə məşğul olur. Heyvandarlıq, taxılçılıq, üzümçülük, kartofçuluq və meyvəçilikdə öz təsərrüfatlarını inkişaf etdirirlər. Bir sözlə, böyükdən kiçiyə hər kəs öz elində-obasında əkin-biçinlə, maldarlıqla məşğuldur. İndi onlar yeni əkin mövsümünü uğurla başa vurub, sahələrdə bol məhsulun təməlini qoyurlar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video