28 Mart 2020 19:46
578
CƏMİYYƏT
A- A+

YAP Gəncə şəhər təşkilatının fəalları tənha və ahıl sakinlərə yardım edirlər

YAP Gəncə şəhər təşkilatının gənc fəalları Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması üzrə tədbirlərlə bağlı növbəti sosial layihəyə qoşularaq, tənha və ahıl sakinlərə yardım edirlər.

Təşkilatdan AZƏRTAC-a bildirilib ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən martın 24-dən aprelin 20-dək ölkədə xüsusi karantin rejimi elan edildiyi və bu tədbirlər çərçivəsində 65 yaşdan yuxarı şəxslərin evdən çıxması qadağan olunduğu üçün təşkilatın gənc fəalları, könüllüləri köməyə ehtiyacı olan şəhər sakinlərini gün ərzində evlərində ziyarət edirlər.

Tənha və ahıl şəxslərə tibbi və gigiyenik vasitələr paylayan, sosial xidmətlər göstərən gənclər həmçinin onlara virusa yoluxmamaq üçün xüsusi qaydalara riayət etmələrini tövsiyə edir, gigiyena qaydalarına xüsusi diqqətlə yanaşmağın vacibliyini diqqətə çağırırlar.

Gənclər koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində tədbirlərdə yaxından iştirak etdiklərindən məmnun olduqlarını bildirib, tənha və yaşlı insanlara gündəlik sosial xidmətlərin göstərilməsində (dərman vasitələri, kommunal ödənişlərin edilməsi və s.) yaxından kömək edəcəklərini qeyd ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video