28 Mart 2020 11:06
813
SİYASƏT
A- A+

Ukrayna saytında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə dair məqalə dərc edilib

 
Ukraynanın Versii.com saytında həmvətənimiz, hüquq elmləri doktoru, Kiyev Milli Aviasiya Universitetinin beynəlxalq hüquq kafedrasının professoru, Ukraynanın Əməkdar təhsil işçisi Arif Quliyevin 31 mart - "Azərbaycanlıların Soyqırımı Günü”nə həsr edilmiş məqaləsi dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə erməni millətçilərinin Azərbaycan xalqına qarşı yürütdüyü soyqırımı və təcavüz siyasətinin 200 illik tarixə malik olması qeyd edilir. Bildirilir ki, 1918-ci il martın 30-31-də bədnam Bakı kommunasının başçıları və şovinist ermənilər müsəlman əhaliyə qarşı tarixdə görünməmiş qırğın törədiblər.

Müəllif yazır: "XIX əsrin ikinci yarısında azərbaycanlılara qarşı soyqırımı planlı bir xarakter aldı. O vaxtdan etibarən "Böyük Ermənistan" şovinist ideyasının təbliği və erməni xalqının tarixinin saxtalaşdırılması başladı. Azərbaycan, Türkiyə və Gürcüstan ərazilərində "Böyük Ermənistan" yaratmaq niyyətində olan daşnaklar terror təşkilatları vasitəsilə bir sıra qırğınlar törətdilər.
O dövrdə Rusiyada baş verən inqilabi proseslərdən yararlanan ermənilər onlarla kənd və şəhəri etnik təmizləməyə məruz qoydular, azərbaycanlıları Bakı, Şuşa, Zəngəzur, İrəvan, Naxçıvan və digər ərazilərdən qovdular. İlk qanlı hadisələr 1905-1907-ci illərdə Bakıda başlayaraq bir çox Azərbaycan kəndlərini əhatə etdi. Bundan sonra da minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi və ata-baba torpaqları Ermənistan ərazisinə çevrildi.

1998-ci il martın 26-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların Soyqırımı haqqında” fərmana əsasən martın 31-i Azərbaycanlıların Soyqırımı günü elan edildi. Bu, erməni millətçilərinin hərəkətlərinə verilən ilk dolğun və hərtərəfli hüquqi-siyasi qiymət oldu”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video