25 Mart 2020 12:07
453
CƏMİYYƏT
A- A+

Naxçıvanda kafe və restoranların iş rejimi qısaldılıb, iri ticarət mərkəzlərinin fəaliyyəti məhdudlaşdırılıb

 

Naxçıvan Muxtar Respublikasında kafe və restoranların iş rejimi qısaldılıb, iri ticarət mərkəzlərinin fəaliyyəti məhdudlaşdırılıb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu barədə martın 24-də dünyada pandemiya elan olunan koronavirusun muxtar respublika ərazisində yayılmasının qarşısının alınması ilə bağlı tədbirlərə həsr olunan müşavirədə qərar qəbul edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun tapşırığına əsasən, Daxili İşlər Nazirliyi Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə birlikdə xidmət sahələrində qaydalara əməl olunmasına nəzarəti gücləndirməli, muxtar respublika ərazisində fəaliyyət göstərən kafe, restoran və adamların toplaşdığı başqa ictimai-iaşə müəssisələrinin iş rejimi qısaldılaraq 17:00-dək müəyyən edilməlidir.

Ali Məclisin Sədri, həmçinin sahibkarlıq subyektlərinin və işçilərinin iqtisadi və sosial vəziyyətini nəzərə alaraq İqtisadiyyat Nazirliyinə aid qurumlarla birlikdə ərzaq mağazaları və apteklər istisna olmaqla, muxtar respublika ərazisindəki bütün iri ticarət mərkəzlərinin fəaliyyətini məhdudlaşdırmağı, mağazaların ərzaqla normal təminatına diqqəti artırmağı, aid qurumlarla birlikdə ehtiyatların yaradılmasının davam etdirilməsini tapşırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video