25 Mart 2020 11:43
460
CƏMİYYƏT
A- A+

Səhiyyə naziri: Ölkəmizdə atılan düşünülmüş addımlar sayəsində indiyədək tam sabitlik təmin olunub

 

Koronavirus xəstəliyinin gedişatı, digər ölkələrin təcrübələri, verilən proqnozlar onu göstərir ki, daha sərt tədbirlər görülməzsə, vəziyyət tam dəyişə bilər.

AZƏRTAC xəbər verir ki, bu sözləri Səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycan Televiziyasında yayımlanan "Hədəf” verilişində çıxış edərkən deyib.

Nazirin sözlərinə görə, ölkəmizdə atılan düşünülmüş addımların, görülən tədbirlərın sayəsində indiyədək tam sabitlik təmin olunub.

"Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlarda infeksiyaya yoluxma hallarının qarşısını almaqla yanaşı, imkan daxilində insanların yaşayış və həyat tərzinə problemlər yaratmamaq da nəzərdə tutulub. Qərarlar həssaslıqla hazırlanıb və bütün bunlar hərtərəfli düşünülüb. Bununla yanaşı, koronavirus infeksiyasının təyini üçün ayrılmış laboratoriyalar tam gücü ilə işləyir. Həmin laboratoriyalar paytaxtla yanaşı, regionlarda da fəaliyyət göstərir və orada bütün laborator tədqiqatlar dəqiqliklə aparılır. Hazırda səhiyyə işçiləri öz vəzifələrini çox böyük həvəslə və peşəkarlıqla yerinə yetirirlər. Lakin son nəticə vətəndaşlardan asılıdır. Hər bir vətəndaş bilməlidir ki, hökumət həmin infeksiya ilə mübarizədə ciddi tədbirlər görür. İnsanlar sosial məsuliyyətlərini dərk etməli, iradəli və möhkəm olmalıdırlar ki, koronavirus ilə mübarizədən qalib ayrılaq”, - deyə O.Şirəliyev bildirib.

Səhiyyə naziri bildirib ki, bütün dövlət qurumları mövcud vəziyyətdən xəbərdardırlar. O, koronavirusla mübarizə məqsədilə hər bir sahədə, o cümlədən səhiyyə sahəsində ehtiyat tədbirlərinin nəzərdə tutulduğunu diqqətə çatdırıb: "Ehtiyac yaranarsa, çarpayıların sayının artırılması, əlavə xəstəxanaların cəlb olunması nəzərdə tutulub. Hər bir xəstəxanada mütəxəssislərdən ibarət xüsusi briqada yaradılıb ki, ehtiyac olduğu halda, gücləndirilmiş iş rejimində çalışsınlar. Bütün bu məsələlər nəzərdə tutulub. Biz hər şeyə hazırıq. Lakin istəyərdik ki, vəziyyət digər ölkələrdəki həddə çatmasın. Vətəndaşlar bilməlidirlər ki, onlar qərarlara, tövsiyələrə ciddi yanaşsalar, görülən tədbirlər öz bəhrəsini verəcək. Koronavirus pandemiyasına qarşı Azərbaycan hökumətinə hazırlıq tədbirləri ilə bağlı dəstək göstərmək üçün ölkəmizə səfərə gəlmiş Ümumdünya Səhiyyə Təşkilatının ekspert qrupu gördüyümüz işlərlə tanış oldu. Ekspert qrupu ölkəmizdə təşkilatın təklif və tövsiyələrindən əvvəl bütün tədbirlərin görüldüyünü bildirdi. Onlar həyata keçirilən tədbirləri müsbət qiymətləndirdilər. Bizim tədbirlər dünya üzrə qəbul olunmuş səhiyyənin qanunları əsasında qurulur”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video