24 Mart 2020 18:47
1903
İDMAN
A- A+

Beynəlxalq Olimpiya Komitəsi “Tokio 2020”nin gələn il keçirilməsi barədə qərar qəbul edib

 

Martın 24-də Beynəlxalq Olimpiya Komitəsi (BOK) koronavirus pandemiyasına görə "Tokio 2020” Yay Olimpiya və Paralimpiya oyunlarının gələn il keçirilməsi barədə qərar qəbul edib.

AZƏRTAC xəbər verir ki, bu barədə BOK-un mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, "Tokio 2020” Olimpiya Oyunları cari il iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Martın 24-də Yaponiyanın Baş Naziri Şinzo Abe ilə BOK-un prezidenti Tomas Bax arasında telefon danışığı zamanı hökumət rəhbəri qlobal koronavirus pandemiyasına görə Olimpiadanın 2021-ci ildə təşkil olunmasını təklif edib.

Məlumatda deyilir: "Dünya Səhiyyə Təşkilatının bu gün təqdim etdiyi informasiya əsasında BOK prezidenti Tomas Bax və Yaponiyanın Baş Naziri Şinzo Abe Tokioda təşkil ediləcək Olimpiya Oyunlarının idmançıların, həmçinin bütün iştirakçıların və beynəlxalq ictimaiyyətin sağlamlığını qorumaq üçün 2020-ci ildən sonra, lakin 2021-ci ilin yayından gec olmamaq şərtilə keçirilməsi barədə razılığa gəliblər”.

BOK-un İcraiyyə Komitəsi üzvlərinin razılığına əsasən, Olimpiya alovu Yaponiyada saxlanacaq. Həmçinin yarışlar "Tokio 2020” Olimpiya və Paralimpiya oyunları adı altında keçiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video