24 Mart 2020 14:31
510
SİYASƏT
A- A+

Leyla Abdullayeva: Azərbaycan dövləti vətəndaşlarının təhlükəsizliyinin təmin olunması üçün bütün imkanlarını səfərbər edib

 

Bu gün dünyamız yeni növ koronovirus təhlükəsinin yayılması ilə üz-üzədir. Bütün dünya dövlətləri, o cümlədən Azərbaycan hökuməti tərəfindən ən təsirli ciddi və təxirəsalınmaz tədbirlər həyata keçirilir və bu proses bir başa Azərbaycan Prezidenti İlham Əliyevin nəzarəti altındadır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

O qeyd edib ki, pandemiyanın geniş yayıldığı, Azərbaycanın qonşu ölkələrlə sərhədlərinin bağlandığı və hava reyslərinin dayandırıldığı bir vaxtda dövlətimiz xaricdə olan vətəndaşlarımızn təxliyəsini həyata keçirib, on minədək vətəndaşımız ölkəyə geri qaytarılıb. XİN rəsmisi əlavə edib ki, Azərbaycana geri dönən vətəndaşlarımız dövlət hesabına 15-20 gün karantin müddəti keçirlər. Onun sözlərinə görə, bu gün Azərbaycan dövləti vətəndaşlarının təhlükəsizliyinin təmin olunması üçün bütün imkanlarını səfərbər edib. "Biz vətəndaş olaraq üzərimizə düşən məsuliyyəti dərk etməliyik, dövlətimizi dəstəkləməliyik. Vətəndaşlarımıza müraciət edərək bildiririk ki, həmvətənlərimiz olduqları ölkənin karantin qaydalarına əməl etsinlər. Mümkün qədər xarici və geri dönüş səfərlərini məhdudlaşdırsınlar. Bu, həmin vətəndaşların və cəmiyyətimizin təhlükəsizliyinin qorunmasına xidmət edəcək”, - deyə L.Abdullayeva vurğulayıb.

O bildirib ki, XİN-nin və xarici ölkələrdəki diplomatik nümayəndəliklərimizin "qaynar xətt”ləri 24 saat fəaliyyət göstərir. Vətəndaşlarımız istənilən "qaynar xətt” vasitəsi ilə əlaqə saxlaya bilərlər.

Qeyd edək ki, XİN-in 596 94 49 nömrəli "qaynar xətt”i 24 saat fəaliyyət göstərir. Saat 09:00-dan saat 21:00-dək Xarici İşlər Nazirliyinin struktur bölmələrinin əməkdaşları bu qərargahda növbəli şəkildə gələn zəngləri cavablandırırlar. Saat 21:00-dan səhər saat 09:00-dək isə bu xətlər mobil nömrələrə keçirilir. Əməkdaşlar evdən sualları cavablandırırlar. Eyni zamanda, paralel olaraq Xarici İşlər Nazirliyinin elektron poçt ünvanı da fəaliyyət göstərir ([email protected]).

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video