23 Mart 2020 21:33
562
CƏMİYYƏT
A- A+

DİN Baş DYP İdarəsi ölkə ərazisində nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması ilə əlaqədar məlumat yayıb

 
Koronavirus infeksiyasının yayılması hallarının qarşısını almaq məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilmiş qərara əsasən martın 24-də saat 00.00-dan etibarən aprel ayının 20-dək xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna girişi, eləcə də Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda qeydiyyatda olan nəqliyyat vasitələri, habelə onların sürücü və sərnişinlərinin respublikanın digər şəhər və rayonlarına çıxışı məhdudlaşdırılır.

DİN Baş DYP İdarəsindən AZƏRTAC-a bildirilib ki, məhdudiyyət müddətinin artırılması, həmçinin qadağanın hər iki istiqamətə tətbiq edilməsi nəzərə alınaraq, DİN Baş DYP İdarəsi hərəkət iştirakçılarının diqqətinə çatdırır ki, hazırda qeydiyyat ünvanından kənar şəhər və rayonlara getmiş hər bir şəxs təşkil edilmiş keçid postlarından yalnız qeydiyyatda olduğu ərazi istiqamətinə buraxılacaq.

DİN Baş DYP İdarəsi bir daha hərəkət iştirakçılarından, xüsusilə sürücülərdən xahiş edir ki, qadağanın martın 23-dən 24-nə keçən gecə qüvvəyə minməsi nəzərə alınsın və əhalinin sağlamlığının qorunması məqsədilə tətbiq edilmiş xüsusi karantin rejiminə ciddi riayət edilsin.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video