23 Mart 2020 21:30
483
CƏMİYYƏT
A- A+

AHİK sədri üç aylıq əməkhaqqını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib

 

Martın 23-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Ümumdünya Səhiyyə Təşkilatının qlobal pandemiya elan etdiyi COVID-19 infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması ilə bağlı həyata keçirilən tədbirlərlə əlaqədar AHİK-in üzv və tabeliyində olan təşkilatların rəhbərləri ilə müşavirə keçirib.

AHİK-dən AZƏRTAC-a bildiriblər ki, qurumun sədri koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər barədə müşavirə iştirakçılarına məlumat verib.

Səttar Möhbalıyev bildirib ki, koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına ehtimal olunan mənfi təsirindən ölkədə yarana biləcək məşğulluq problemlərinin və sosial problemlərin həlli məqsədilə müvafiq təkliflərin hazırlanması üçün Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli Sərəncamına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin rəhbərliyi ilə İşçi Qrupu yaradılıb.

"Həmkarlar İttifaqlarının maraq dairəsində olan məşğulluğun sabit saxlanılması, işçilərin işdən çıxarılması və ixtisarı, bir sözlə, işçilərin sosial problemlərinin həlli ilə məşğul olan İşçi Qrupunda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası da iştirak edir. Bizim vəzifəmiz işəgötürənlər tərəfindən indiki şəraitdə işçilərin sayının əsassız azaldılmasının qarşısını almaqdır. Bununla əlaqədar olaraq İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası və AHİK adından işəgötürənlərə xüsusi bildiriş ünvanlanıb. Həmin bildirişdə milli sahibkarlığın davamlı inkişafı istiqamətində fəal siyasət həyata keçirən dövlətimizin indiki şəraitdə də hər bir sahibkarın yanında olmaqla öz dəstəyini təmin etdiyi qeyd olunub. Bununla yanaşı, işəgötürənlərin diqqətinə çatdırılıb ki, pandemiyanın biznes mühitinə mənfi təsirini azaltmaq üçün sahibkarlara dəstəyin göstərilməsi təmin olunmaqla yanaşı, eyni zamanda, mövcud şəraitdən sui-istifadə edərək işçilərin əsassız yerə işdən çıxarılmasına, ixtisarına yol verən işəgötürənlərlə bağlı qanunvericiliyə uyğun ciddi tədbirlər görüləcək”, - deyə S.Möhbalıyev qeyd edib.

AHİK-də keçiriləcək profilaktik tədbirlərin əlaqələndirilməsi, mütəmadi məlumatların toplanması və maarifləndirici təşkili üzrə müşavirədə qurumun nəzdində İdarəetmə Qrupu yaradılıb.

Müşavirədə, həmçinin AHİK-in sədri Səttar Möhbalıyev Milli Məclisin deputatı kimi aldığı üç aylıq əməkhaqqını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdiyini bildirib.

Xatırladaq ki, bundan əvvəl Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası Koronavirusla Mübarizəyə Dəstək Fonduna Fonda 250 min manat vəsait köçürüb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video