23 Mart 2020 17:30
810
Təhsil
A- A+

Qərbi Kaspi Universiteti Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 min manat köçürüb

 

Qərbi Kaspi Universiteti Prezident İlham Əliyevin Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 min manat məbləğində vəsait köçürüb.
Qərbi Kaspi Universitetindən AZƏRTAC-a bildiriblər ki, Universitetin Qəyyumlar Şurasının qərarında ictimaiyyətə çağırış əksini tapır, qlobal təhdidə çevrilmiş koronavirusla mübarizədə Azərbaycan dövlətinin qətiyyətli addımlarının, təhlükəsizlik tədbirlərinin əhalinin sağlamlığının qorunmasına xidmət etdiyi qeyd edilir, tələbələrə tövsiyə olunur ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə, gigiyenik qaydalara ciddi şəkildə əməl etsinlər.

Xatırladaq ki, Qərbi Kaspi Universiteti tədris prosesində yaranmış fasilə dövründə tədrisin onlayn rejimdə təşkilini həyata keçirir və tələbələri sosial izolyasiya şəraitinin tələblərinə uyğun davranması üçün təlimatlandırır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video