29 Fevral 2020 02:23
534
İQTİSADİYYAT
A- A+

ARDNF 2019-cu ilin gəlir və xərclərinə dair hesabatını açıqlayıb


Keçən il fondun gəlirləri 12,4 faizdən çox artaraq 43,3 milyard dolları üstələmişdir


Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) yaydığı məlumatda bildirilir ki, 2019-cu il ərzində ARDNF-nin büdcə gəlirləri 19 milyard 30,6 milyon, büdcə xərcləri isə 11 milyard 588,6 milyon manat olmuşdur.

Ötən il ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 15 milyard 404,7 milyon, o cümlədən mənfəət neftinin və qazın satışından 14 milyard 614,7 milyon, bonus ödənişləri 766,4 milyon, akrhesabı ödənişləri 4,7 milyon, tranzit gəlirləri 18,9 milyon manat təşkil etmişdir. Hesabat ilində fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər isə 3 milyard 625,9 milyon manata bərabər olmuşdur ki, bu da ümumi gəlirlərin 19,1 faizi qədərdir. Bundan əlavə, il ərzində valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəliri 731,7 milyon manata çatmışdır.

Məlumatda həmçinin açıqlanır ki, keçən il ARDNF-nin 2019-cu il büdcəsinin icrası çərçivəsində 11 milyard 364,3 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmiş, qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 200 milyon manat vəsait ayrılmışdır. 2019-cu ildə ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri isə 24,3 milyon manat olmuşdur.

ARDNF-nin hesabatında bildirilir ki, 2020-ci il yanvarın 1-nə fondun aktivləri 2019-cu ilin əvvəlinə (38 milyard 515,2 milyon ABŞ dolları) nisbətən 12,48 faiz artaraq 43 milyard 323,3 milyon ABŞ dollarına çatmışdır. Aktivlərin artımı ARDNF-nin büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına olmuşdur. Müvafiq dövr ərzində ən yüksək gəlirlilik səhm alt portfelində müşahidə olunmaqla investisiya portfelinin hər bir tərkib aktiv növü üzrə müsbət gəlirlilik qeydə alınmışdır. Belə ki, səhm alt portfeli üzrə ötənilki mənfi gəlirliliyə baxmayaraq (-6,6 faiz), 2019-cu il ərzində müvafiq göstərici 21,5 faiz (özəl səhmlər daxil olmaqla) təşkil etmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video