28 Fevral 2020 19:16
990
Səhiyyə
A- A+

Azərbaycanda koronavirus infeksiyası aşkarlanan şəxs 23 yaşlı gəncdir


İran İslam Respublikasından Azərbaycana daxil olan 1997-ci il təvəllüdlü Rusiya vətəndaşı yüksək hərarətlə xüsusi karantin mərkəzinə aparılıb. Ondan lazımi analizlər götürülüb. Analizlərin nəticəsində 23 yaşlı gəncin koronavirusa yoluxduğu müəyyənləşib. Hazırda onun vəziyyəti stabildir.

AZƏRTAC xəbər ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında operativ qərargahın fevralın 28-də koronavirusla bağlı keçirilən mətbuat konfransında deyib.

Şöbə müdiri bildirib ki, sərhəd-keçid məntəqələrində ikimərhələli yoxlamalar mövcuddur. Bütün xəstəxanalarda işçilər qoruyucu vasitələrlə, tibb müəssisələri isə zəruri dərman preparatları ilə təmin olunub. Qobustan, Astara və Cəlilabad rayon xəstəxanaları karantin xəstəxanalarıdır. Dəstək olaraq da Biləsuvar, Masallı rayon xəstəxanaları və Bakıda 1 saylı Kliniki Tibbi Mərkəz, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu və 7 saylı Uşaq Xəstəxanası ayrılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video