28 Fevral 2020 17:49
729
DÜNYA
A- A+

İdlibdə 33 türkiyəli hərbçi həlak oldu


Suriyanın İdlib əyalətində yerli əhalinin təhlükəsizliyini qoruyan Türkiyə Silahlı Qüvvələrinə Bəşşar Əsəd qoşunlarının hava hücumu nəticəsində 33 türkiyəli hərbçi həlak olmuşdur. Bu barədə Hatay valisi Rəhmi Doğan məlumat vermişdir.

Milli Müdafiə naziri Hulusi Akar bildirmişdir ki, Rusiya tərəfi ilə hərəkətlərin əlaqələndirilməsinə baxmayaraq, türkiyəli hərbçilərin İdlibdəki mövqelərinə havadan zərbə endirilmişdir. Nazirin dediyinə görə, türkiyəli hərbçilər alçaq hücuma məruz qalmışlar. Nəticədə 33 hərbi qulluqçu həlak olmuş, 32-si yaralanmışdır. Akar əlavə etmişdir ki, hətta hərbi təcili yardım maşınları da vurulmuşdur. Nazir xüsusilə vurğulamışdır ki, hava hücumu zamanı həmin ərazidə heç bir silahlı qruplaşma olmamışdır.

Hava hücumuna cavab olaraq Türkiyə Silahlı Qüvvələri Bəşşar Əsəd qoşunlarının 200-dən çox obyektini vurmuşdur. Nəticədə düşmənin 5 helikopteri, 23 tankı, 23 topu, SA-17 zenit-raket kompleksi, SA-22 zenit-raket top kompleksi məhv edilmiş, Bəşşar Əsədin 309 tərəfdarı zərərsizləşdirilmişdir.

Akar həlak olmuş hərbi qulluqçuların ailələrinə başsağlığı vermiş, yaralıların tezliklə sağalmasını diləmişdir. Nazir söz vermişdir ki, Türkiyə bundan sonra da öz hərbi qulluqçularının ölümünə görə qisas alacaq. O vurğulamışdır ki, Suriyanın şimal-qərbində əməliyyat İdlibin dinc əhalisinin təhlükəsizliyi tam təmin olunanadək davam edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video