27 Fevral 2020 12:14
484
CƏMİYYƏT
A- A+

Şirvan şəhərində Xocalı soyqırımı ilə bağlı tədbir keçirilmişdir

Şirvan şəhərində idarə və təşkilatlarda, təhsil, səhiyyə və mədəniyyət ocaqlarında ədəbi-bədii tədbirlər, xatirə gecələri, sərgilər təşkil olunmuş, xalqımıza qarşı xüsusi amansızlıqla törədilmiş faciə qurbanlarının xatirəsiehtiramla anılmışdır.
Şirvan şəhər Gənclər Evində keçirilən tədbirdə şəhər icra hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanları rəhbərlərinin, ictimai-siyasi qurumların və şəhər ictimaiyyəti nümayəndələrinin iştirakı ilə ümumşəhər tədbiri keçirilmişdir.

Tədbir iştirakçıları öncə Şəhidlər Xiyabanını ziyarət etmiş, şəhid məzarları önünə gül dəstələri qoyulub, şəhidlərin ruhlarına dualar oxunub.

Sonra Məhəmməd Füzuli adına Şirvan Şəhər Parkında şəhər rəhbərliyinin, Respublika Gənclər Fondunun, Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin, Şirvan Dövlət Aqrar İnkişaf Mərkəzinin, Şirvan şəhər Gənclər Evinin və 3 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi könüllülərinin və şəhər ictimaiyyəti nümayəndələrinin iştiraki ilə Xocalı soyqırımı qurbanlarının xatirəsinə 613 ağacın əkilməsi aksiyası keçirilmişdir.

Şirvan şəhər Gənclər Evində keçirilən anım tədbirində öncə tədbir iştirakçıları mərkəzin foyesində təşkil olunmuş Xocalı soyqırımına həsr olunmuş məktəblilərin rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar.

Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov anım tədbirində çıxış edərək Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər barədə ətraflı məlumat verdi.

İlqar Abbasov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyətinin əsas istiqamətləri Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi cinayətin beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almasına xidmət edir.

Azərbaycan Respublikasının Birinci vitse-Prezidenti Mehriban xanım Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərliyi ilə "Xocalıya ədalət” layihəsi çərçivəsində Xocalı soyqırımının, ermənilərin törətdikləri digər vəhşiliklərin dünya ictimaiyyəti tərəfindən tanınması, hüquqi-siyasi qiymətini alması üçün kompleks tədbirlər həyata keçirilir.

Anım tədbirində Xocalı hadisələrinin canlı şahidi, Şirvan şəhərində məskunlaşmış Arif Əiziov, Azərbaycan Respublikasının Gənclər Fondunun şöbə müdiri Ramil Məmmədov və digər çıxış edənlər insanlıq sifətini itirmiş ermənilər tərəfindən törədilmiş bu faciənin təkcə azərbaycanlılara qarşı deyil, həm də bütün bəşəriyyətə qarşı yönəlmiş qanlı cinayət olduğunu, törədilmiş bu son dərəcə ağır hərbi cinayətin xalqımız tərəfindən heç vaxt unudulmayacağı qeyd ediblər.


"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video