27 Fevral 2020 09:59
420
SİYASƏT
A- A+

Avstriya mətbuatında Xocalı soyqırımına həsr olunmuş məqalə yayılıb


Avstriya Mətbuat Agentliyinin saytında Azərbaycan xalqının qan yaddaşında silinməz iz buraxan Xocalı soyqırımına həsr olunmuş məqalə yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, məqalədə 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan hərbi birləşmələrinin Xocalı şəhərində genosid aktı həyata keçirdiyi qeyd edilib, bu vəhşilik nəticəsində qətlə yetirilən, yaralanan, əsir götürülən və itkin düşən insanlar barədə məlumat verilib.

Qeyd edilib ki, əvvəlcədən düşünülmüş bu məqsədyönlü aksiyanın əsas hədəfi Dağlıq Qarabağda azərbaycanlı əhalidə qorxu və vahimə yaratmaq, onların bu ərazini kütləvi şəkildə tərk etməsinə nail olmaq idi. Həmçinin Ermənistan hərbi birləşmələrinin törətdiyi vəhşilik barədə həmin dövrdəki beynəlxalq mətbuatda gedən məqalələr də sadalanıb.

Müəllif qeyd edib ki, son illərdə Ermənistan tərəfi bu soyqırımın törədilməsinə görə cavabdehliyi öz üzərindən atmağa, hətta günahı o zamankı Azərbaycan rəhbərliyinin boynuna qoymağa çalışır. Lakin Xocalı faciəsinə görə cavabdehliyi Ermənistan daşıyır və Ermənistanın keçmiş dövlət başçısı Serj Sarkisyan bunu öz müsahibəsində də açıq şəkildə etiraf edib.

Məqalənin yekununda 2008-ci ildə start verilən "Xocalıya ədalət!" kampaniyasının beynəlxalq ictimaiyyətin diqqətini bu faciəyə yönəltməsi, indiyədək dünyanın bir sıra ölkələri tərəfindən Xocalı soyqırımının tanınması diqqətə çatdırılıb və beynəlxalq ictimaiyyət Xocalı soyqırımına siyasi qiymət verməyə çağırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video