Alternative content

05:58 10 Avqust 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “İlham Əliyevin liderliyi ilə Azərbaycanın rifahı göz önündədir”
“İlham Əliyevin liderliyi ilə Azərbaycanın rifahı göz önündədir”
ANA SƏHİFƏ / SİYASƏT
00:20 27.02.2020


Prezidentlərin Bakı görüşü Türkiyə KİV-in əsas gündəm mövzusu oldu


Etibarlı strateji tərəfdaşlar olan Azərbaycan və Türkiyə arasında qarşılıqlı münasibətlərin daha da möhkəmlənməsi bu gün ölkələrimizin təkcə mövcud olduqları regionda yox, onun sərhədlərindən kənarda da əsas söz sahiblərindən biri kimi çıxış etməsinə səbəb olmaqdadır.

Siyasi, iqtisadi, ticarət, elm, təhsil, mədəniyyət və digər sahələr üzrə ikitərəfli əməkdaşlığın bundan sonra da inkişafı Azərbaycana və Türkiyəyə yeni uğurlar vəd edir. Heç şübhəsiz ki, prosesin bu şəkildə vüsət almasına, bütün sahələrdə əlaqələrin dinamik inkişaf edərək strateji tərəfdaşlıq münasibətləri kimi yüksək səviyyəyə çatdırılmasında bu gün liderlər amili də əsas rol oynayır.

İstər Azərbaycan Prezidenti İlham Əliyevin, istərsə də Türkiyədən olan həmkarı Rəcəb Tayyib Ərdoğanın qarşılıqlı əlaqələrin inkişafına verdiyi diqqət və önəm iki ölkənin münasibətlərini daha möhkəm özüllər üzərində qurur.

Bu günlərdə R.Ərdoğanın Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclasında iştirak etmək üçün ölkəmizə səfəri və Prezident İlham Əliyev ilə görüşü Türkiyə KİV-in xüsusi diqqət mərkəzində yer alıb. Bu barədə onlarla teleşirkət, qəzet və internet portalı xəbərlər paylaşıblar.

"Akşam”:

"Hər sahədə birlik”

"Akşam” qəzetinin "Hər sahədə birlik” başlıqlı xəbərində bildirilib ki, Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası başa çatdıqdan sonra Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub. Mərasimdən sonra İlham Əliyev və R.Ərdoğan mətbuata verdikləri açıqlamalarla bir sıra maraqlı məqamları diqqətə çatdırıblar.

R.Ərdoğanın "Prezident İlham Əliyevin uzaqgörən liderliyi ilə xüsusilə Azərbaycanın, bölgəmizin rifahı və sabitliyi göz önündədir. Bu, özünü çox aydın şəkildə göstərməkdədir. Bundan sonra da bunun davamını görəcəyimizə inanıram. Biz Azərbaycanın uğurları ilə fəxr edirik. Bundan sonra bu uğurlara yeni nailiyyətlərin əlavə olunacağına da heç bir şübhəmiz yoxdur” fikrinə yer ayıran qəzet qeyd edib ki, İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha da inkişaf etməyə, güclənməyə, bölgənin sabitlik zirvəsi kimi parlamağa davam edəcək.

"Yeni Akit”:

"Qardaş Azərbaycanın yanındayıq

"Yeni Akit” qəzetinin "Qardaş Azərbaycanın yanındayıq” başlıqlı xəbərində R.Ərdoğanın fikirlərinə geniş yer verilərək vurğulanır ki, Türkiyə-Azərbaycan qardaşlığı səmimi əməkdaşlığa söykənir: "Biz Azərbaycanın uğurları ilə fəxr edirik. Bundan sonra bu uğurlara yeni nailiyyətlərin əlavə olunacağına da heç bir şübhəmiz yoxdur. Düşünürəm ki, 20 il əvvəlki Azərbaycan ilə bugünkü Azərbaycanı müqayisə etmək mümkün deyil. Bu gün tamamilə başqa bir Azərbaycan göz önündədir. İnfrastrukturu, quruculuğu ilə daim inkişaf edən, dəyişən bir Azərbaycan var”. Xüsusi olaraq o da vurğulanır ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsiplərinə uyğun, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında ədalətli həllini tapmalıdır, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir.

"Sabah”:

"Hədəf 15 milyard dollarlıq ticarət dövriyyəsi”

"Sabah” qəzeti isə "Hədəf 15 milyard dollarlıq ticarət dövriyyəsi” başlıqlı məqaləsində yazır ki, Azərbaycan məhz Prezident İlham Əliyevin fəaliyyəti ilə həm iqtisadiyyatını, həm də ordusunu xeyli gücləndirib. Azərbaycan Prezidentinin "Qarşıya hədəf qoyulub ki, ticarət dövriyyəsi 15 milyard dollara çatsın. Hesab edirəm ki, bu, mümkündür. Çünki keçən il ticarət dövriyyəmiz 33 faiz artıb və 4,5 milyard dollara çatıb” fikirlərinin yer aldığı xəbərdə bildirilib ki, imzalanmış sənədlər, preferensial ticarət anlaşması hər iki ölkə arasındakı ticarət dövriyyəsinin artırılmasına böyük təkan verəcəkdir.

"Türkiye”:

"Qarabağ bizim də məsələmizdir”

"Türkiye” qəzetinin "Qarabağ bizim də məsələmizdir” başlıqlı xəbərində Prezident Rəcəb Tayyib Ərdoğan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları, Azərbaycanın ərazi bütövlüyü prinsipləri əsasında həllinə dəstək verdiyini diqqətə çatdırıb. Bildirib ki, Bəxtiyar Vahabzadənin "Anam” dediyi Qarabağ Azərbaycan qədər bizim də məsələmizdir. Dağlıq Qarabağ probleminin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həll edilməsi ən böyük arzumuzdur.

"Yeni Şafak”:

"Ərdoğan Əliyevə təsbeh hədiyyə etdi”

"Yeni Şafak” qəzeti "Ərdoğan Əliyevə təsbeh hədiyyə etdi” adlı xəbərini manşetdən verib. Bildirilib ki, siyasi, iqtisadi, ticarət, elm, təhsil, mədəniyyət və digər sahələr üzrə ikitərəfli əməkdaşlığın bundan sonra da çevik inkişafı Azərbaycan və Türkiyəyə yeni-yeni uğurlar vəd edir.

Hər iki dövlət başçısının açıqlamalarını diqqətə çatdıran qəzet R.Ərdoğanın "Dörd bir tərəfimizdə münaqişələr, terror və asayiş problemləri yaşandığı bir vaxtda Türkiyə və Azərbaycan bir sabitlik abidəsi olaraq yüksəlirlər” fikirlərinə geniş yer ayırıb: "Şübhəsiz ki, buna görə sarsılmaz əlaqələrimiz qədər, güclü ordularımıza da borcluyuq. Bu mənada istər ordularımızın həmrəyliyi, istərsə də müdafiə sənayesi sahəsində atdığımız addımlar da gələcəkdə müstəqilliyimizin ən böyük təminatı olacaqdır”.

Prezident İlham Əliyevin "Əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın yorulmaz fəaliyyəti nəticəsində Türkiyə bu gün dünya çapında güc mərkəzidir” fikrini oxuculara çatdıran qəzet qeyd edib ki, Azərbaycanda Türkiyəni sevən insanlar qardaş ölkədə inkişaf proseslərini çox böyük sevinclə qarşılayırlar: "Nəinki yerləşdiyi bölgədə, dünyada Türkiyənin iştirakı olmadan heç bir məsələ öz həllini tapa bilmir və yaxın tarix bunu göstərdi. Biz buna çox sevinirik, çünki Türkiyənin gücü bizim gücümüzü artırır. Bizim gücümüzün birləşdirilməsi bizi daha da güclü edir”.

"Milliyet”:

"Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdü”

"Milliyet” qəzetinin hər iki prezidentin fikirlərinin yer aldığı "Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdü” başlıqlı məqaləsində qeyd edilib ki, dövlət başçıları görüşdə ölkələr arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf edəcəyinə əminliklərini ifadə ediblər. Bildirilib ki, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər də müzakirə olunub.

"TRT Haber”:

"Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması ən böyük arzumuzdur”

"TRT Haber” kanalı dövlət başçılarının görüşünü "Ərdoğan: Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması ən böyük arzumuzdur” sərlövhəsi ilə çatdırıb. Bu xəbərdə Prezident İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Türkiyənin ədalətli və qardaş mövqeyinə dair fikirləri yer alıb. Kanal Türkiyə Prezidentinə istinadla yazır: "Azərbaycana bu haqlı mübarizəsində verdiyimiz dəstəyi bundan sonra da davam etdirəcəyik. Minsk qrupunun bu məsələdə təəssüf ki, səmimi davranmadığını da açıq şəkildə ifadə edirəm. Çünki təxminən 25 il vaxt itirilib. Nə üçün və nəyə görə heç bir nəticəyə nail olunmur. Təbii ki, bunun üzərində də dayanmaq lazımdır”.

"Anadolu” Xəbər Agentliyinin isə "Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdü” başlıqlı xəbərində qeyd olunur ki, söhbət zamanı dövlət başçıları Türkiyə və Azərbaycanın bütün məsələlərlə bağlı bir-birinin yanında olduqlarını diqqətə çatdırıblar.

Məşhur "NTV” kanalının isə "Yeni 15 milyard dollarlıq ticarət dövriyyəsi” başlıqlı xəbərində deyilir ki, Azərbaycan Türkiyə iqtisadiyyatına 18 milyard, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12,5 milyard dollar sərmayə qoyub. Bu, böyük ölçüdə sərmayənin qoyuluşu bir daha hər iki ölkə arasında qardaşlığı təsdiqləyir.

"Haber Global”, "Habertürk” kanallarında, "medyaege.com”, "internethaber.com”, "msn.com”, "gundemkibris.com”, "bursahaber.com” və s. xəbər agentliklərində dərc edilən xəbərlərdə də R.Ərdoğanın Azərbaycana səfəri xüsusi olaraq qeyd edilib. Bildirilib ki, Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyi sarsılmaz və əbədidir. Azərbaycan Prezidenti isə Türkiyənin ən yaxın və səmimi dostudur.

Elçin CƏFƏROV,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM