Alternative content

12:39 28 Mart 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV UNEC-də Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub
UNEC-də Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub
ANA SƏHİFƏ / Təhsil
00:18 27.02.2020


Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Yaradıcılıq Mərkəzinin Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı səhnələşdirdiyi "Arzu və Murad” tamaşası nümayiş olunub.

UNEC-in yaradıcı və istedadlı tələbələrinin rol aldığı tamaşa Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında nümayiş olunub. Səhnə əsərinin premyerasında UNEC-in rektoru, professor Ədalət Muradov və universitetin müəllim-tələbə heyəti ilə yanaşı, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyev, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova, tanınmış ziyalılar, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Rejissoru UNEC Yaradıcılıq Mərkəzinin direktoru Elman Telmanoğlu, quruluşçu rejissoru isə Vahid Orucoğlu olan tamaşada rolları UNEC Tələbə Teatrının üzvləri Yasin Əhmədov, Heyran Mehdiyeva, İlham Quliyev, Aslan Əzimzadə, Rəşad Aslanov, Nigar Ağayeva, Gülnur İmanova, Nərmin Zeynallı canlandırıblar. Tamaşada Xocalı faciəsinin 2 gəncin həyatına vurduğu ağır mənəvi zərbələrdən, yaşatdığı acılardan bəhs olunub. Gərgin dram və faciənin yaşandığı tamaşa izləyənlərə duyğulu anlar yaşadıb.

Qeyd edək ki, Xocalı soyqırımı ilə bağlı UNEC-də, eləcə də universitetin Zaqatala filialında və Maliyyə İqtisad Kollecində silsilə tədbirlər keçirilib, rəsm sərgisi təşkil edilib. UNEC-in əsas tədris binasında Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan, yarpaqlarında faciə qurbanlarının adları həkk olunan "Xatirə ağacı” ziyarət olunub.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM