Alternative content

11:51 28 Mart 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Nezavisimaya qazeta”: Xocalı Azərbaycan xalqının sağalmaz yarasıdır
“Nezavisimaya qazeta”: Xocalı Azərbaycan xalqının sağalmaz yarasıdır
ANA SƏHİFƏ / SİYASƏT
23:57 26.02.2020
"Nezavisimaya qazeta”da Mixail Abayevin "Xocalı Azərbaycan xalqının sağalmaz yarasıdır” sərlövhəli məqaləsi dərc olunub. (http://www.ng.ru/cis/2020-02-26/5_7802_tragedy.html).

1992-ci ildə Azərbaycanın Xocalı şəhərində törədilmiş soyqırımından danışılan məqalədə qeyd edilir ki, hər il fevralın sonunda bütün dünyada bu faciənin qurbanlarının xatirəsi anılır. Mənasız qırğın nəticəsində yüzlərlə yerli sakinin həlak olduğu kiçik şəhərcik lüzumsuz amansızlığı xatırladan simvola çevrilib.

Müəllif yazır ki, erməni qüvvələri 1991-ci ilin payızında Xocalını mühasirəyə alıblar və bir qədər sonra şəhərə yalnız helikopterlə getmək mümkün olub.

AZƏRTAC xəbər verir ki, məqalədə daha sonra deyilir: "Erməni hərbçiləri iddia edirdilər ki, Stepanakertin yaşayış məhəllələri mütəmadi olaraq Xocalıda olan ağır silahlardan atəşə tutulub, lakin sonrakı hadisələr göstərdi ki, şəhər ələ keçiriləndən sonra orada hər hansı ciddi hərbi texnika tapılmadı...

Artıq 28 ildir ki, Azərbaycan və Azərbaycan xalqının müxtəlif ölkələrdə nümayəndələri diqqəti Xocalı faciəsinə cəlb edir və baş vermiş faciənin soyqırımı aktı kimi tanınmasına müvəffəq olmağa çalışırlar”. Özünə "Bu, düzgündürmü?” sualını verən müəllif cavab verir ki, vəhşiliklərə biganəlik göstərmək, onları unutmağa çağırmaq qüsurlu siyasətdir, axı cinayətlər təhqiq edilməli, cinayətkarlar isə cəzalandırılmalıdır. Bu, ilk növbədə, bəşəriyyətə lazımdır. Yer üzünün bütün insanları əmin olmalıdırlar ki, Xocalı faciəsinə bənzər faciələr təkrarlanmayacaq.

Qeyd edək ki, "Nezavisimaya qazeta”nın materialında AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərovun fotolarından istifadə olunub.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM