26 Fevral 2020 22:48
488
SİYASƏT
A- A+

Xocalı sakini: Orda bizi gözləyən var


Üstündən 28 il keçib. Az vaxt deyil. Amma nə qədər keçir-keçsin, neçə il ötür-ötsün, elə bilirəm hər şey dünən olub. Hər dəfə həmin hadisələri xatırlayanda, o məşum və dəhşətli günləri yada salanda əsim-əsim əsir, titim-titim titrəyirəm. 26 fevral gecəsinin dəhşətlərini heç cür soyuqqanlı xatırlamaq olmur. Bu, bir qəsəbəyə, bir şəhərə, bir xalqa qarşı deyil, ümumən insanlığa qarşı yönələn amansız cinayət idi...

AZƏRTAC xəbər verir ki, Xocalı sakini Mehriban Əbilova 1992-ci il fevralın 26-na keçən gecə yaşadığı 7 min əhalisi olan şəhərdə törədilən vandalizmi haqqında belə deyib.

"Soyuq qış gecəsində dağlara, dərələrə, qarlı yollara, meşələrə səpələnən insanların harayına necə biganə qalasan? Analarının qucağında soyuqdan, qidasızlıqdan dad döyən körpələrin ürək parçalayan hönkürtüsünə, gözlərinin qabağında doğmalarını, əzizlərini itirənlərin harayına, ayağını don vuran qız-gəlinlərin ah-vayına dözmək mümkündürmü? Bəs qarlı yollar, meşələr boyu uzanan saysız-hesabsız insan cəsədləri necə? Əlbəttə, bu səhnələrə heç kəs biganə qala bilməz. Qardaşım Məzahir də həmin hadisələrə biganə qala bilməyən və son dərəcə vətənpərvər bir oğul idi. Həmişə deyirdi ki, mən ağır bölgədə olmaq istəyirəm. Xocalıda polis işləyirdi. Qətliam gecəsinədək yerli sakinlərin yaraqlılardan qorunmasında, qocalara, qadınlara, xəstə və kimsəsizlərə yardım göstərməkdə çox böyük fədakarlıq göstərmişdi. Soyqırımı baş verən gecə isə ərazini yaxşı tanıdığından düşmən gülləsindən qurtarmağa çalışan sakinlərin bir neçəsini Ağdam bölgəsinə qədər aparıb, köməksiz qalan həmyerlilərinə yardım əli uzatmaq üçün yenidən geri qayıdıb. Daha bir gedişi isə sonuncu olub. 28 ildir ki, ondan xəbər yoxdur...”

Mehriban hələ də gözlərinin yoldan yığılmadığını bildirib: "O gündən anamın, mənim gözüm yollarda, qulağımız səsdədir. Bizi yaşadan bir qüvvə varsa, o da doğma torpağa dönməkdir. Bizə elə gəlir ki, Xocalıya qayıtsaq, Məzahiri orda görəcəyik. Qardaşım əsl Vətən müdafiəçisi idi, heç vaxt doğma şəhəri tərk etməz. O, orda bizi gözləyir...”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video