26 Fevral 2020 22:46
503
SİYASƏT
A- A+

Romada Leyla Əliyevanın ideya müəllifi olduğu “Xocalı. 20 il, 10 hekayə. Bunlar həqiqət ola bilərdi...” kitabındakı hekayələr əsasında ədəbi-musiqili tamaşa nümayiş etdirilib


Azərbaycanın İtaliyadakı səfirliyinin təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə Romanın "Sala Umberto” teatrında Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya ədalət!” beynəlxalq kampaniyasının təşəbbüskarı Leyla Əliyevanın ideya müəllifi olduğu "Xocalı. 20 il, 10 hekayə. Bunlar həqiqət ola bilərdi...” kitabındakı hekayələr əsasında "10 hekayə. Bunlar həqiqət ola bilərdi...” adlı ədəbi-musiqili tamaşa təqdim olunub.

Yerli ictimaiyyətin böyük marağına səbəb olmuş tədbirdə İtaliyanın dövlət qurumlarının nümayəndələri, parlament üzvləri, İtaliyada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, ölkənin mədəniyyət, elm, akademik dairələrinin tanınmış şəxsləri, jurnalistlər də daxil olmaqla 250-dən çox tamaşaçı qatılıb.

Qeyd edək ki, tamaşa Romada ilk dəfə 2017-ci ildə İtaliyada Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar təşkil olunmuş tədbirlər çərçivəsində nümayiş etdirilib. Həmin vaxt tamaşaçıların marağı nəzərə alınaraq tamaşa bu il də İtaliyada təşkil olunan aidiyyəti tədbirlər siyahısına daxil edilib.

Tamaşa "Bayatı Şiraz” muğamının sədaları altında Azərbaycanın dilbər diyarı olan Qarabağın müxtəlif guşələrinin, əslən Qarabağdan olan Azərbaycanın məşhur simalarının, eləcə də Qarabağın işğaldan sonrakı vəziyyətini nümayiş etdirən fotolarının nümayişindən ibarət kompozisiya ilə başlayıb.

Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə bu musiqinin Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 30 ildən çoxdur ki, öz doğma yurd-yuvalarından didərgin düşmüş və doğma torpaqlarına qayıtmaqdan, hətta öz yaxınlarının məzarlarını belə ziyarət etməkdən məhrum olmuş 1 milyondan çox azərbaycanlı qaçqın və məcbur köçkünün, təcavüz nəticəsində həyatını itirmiş 10 minlərlə azərbaycanlının, Xocalı soyqırımının qurbanlarının haray səsi olduğunu deyib. Xocalı soyqırımını Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün və Azərbaycan xalqına qarşı törətdiyi vəhşiliyin kulminasiyası adlandıran diplomat Xocalıda baş verənlər barədə danışıb, bu hadisələri insanlıq əleyhinə cinayət adlandırıb, Xocalıda baş verənlərin bir daha təkrarlanmaması üçün beynəlxalq səviyyədə daha geniş məlumatlandırma işinin aparılmasının önəmini vurğulayıb, bu xüsusda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kompaniyasının əhəmiyyətindən danışıb.
Sonra "10 hekayə, bunlar həqiqət ola bilərdi...” adlı ədəbi-musiqili tamaşa göstərilib. Beynəlxalq səviyyədə tanınmış violonçelist Pierluici Ruccieronun bədii tərtibatçılığı əsasında hazırlanmış tamaşa "Xocalı. 20 il, 10 hekayə. Bunlar həqiqət ola bilərdi...” kitabındakı hekayələr və İtaliyanın müxtəlif orkestrlərinin direktoru olmuş, pianoçu Culiano Di Cüzeppenin məhz bu tamaşa üçün hazırladığı musiqi parçaları əsasında qurulub. Hekayələri aktyorlar Edoardo Oliva və Valeria Ferri səsləndirib, musiqi parçalarını isə Pierluici Rucciero, Culiano Di Cüzeppe, skripkaçı Zoltan Banfalvi, gitaraçı Luka Trabukki ifa edib. Tamaşanın səhnə tərtibatı üçün aidiyyəti kitabdakı rəsmlər, "Xocalı uşaqların gözü ilə" mövzusunda yeniyetmə rəssamların çəkdiyi şəkillər, dünyada Xocalı soyqırımı abidələri, soyqırımının beynəlxalq səviyyədə tanınmasını əks etdirən kadrlar, habelə Xocalı soyqırımı ilə bağlı ölkəmizdə və İtaliyada təşkil olunan tədbirlərin fotolarından istifadə edilib.

Tədbir İtaliya KİV-lərinin, o cümlədən müxtəlif televiziya kanallarının diqqət mərkəzində olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video