26 Fevral 2020 19:20
469
SİYASƏT
A- A+

Tacikistan portalı Xocalı faciəsi barədə məqalə yayıb

 

Tacikistanın "avesta.tj” portalında "Xocalı faciəsi - insanlığa qarşı törədilmiş cinayət” sərlövhəli məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə danışılır. Bildirilir ki, son iki əsr ərzində Azərbaycan xalqı ermənilər tərəfindən etnik təmizləmə və soyqırımına məruz qalıb.

1918, 1948-1953, 1988-ci illərdə azərbaycanlılar öz ata-baba yurdlarından - indiki Ermənistan ərazilərindən kütləvi surətdə deportasiya edilib, onların malı və mülkü əllərindən alınıb, qətllərə məruz qalıblar.
 

Yazıda Xocalı faciəsinin Xatın, Oradur, Lidisa, Holokost, Sonqmi, Ruanda və Srebrenitsa soyqırımları ilə eyni sırada durduğu vurğulanır. Bildirilir ki, həmin gecə amansızlıqla qətlə yetirilən 613 nəfərdən 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlı olub. 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə hər ikisini itirib. Həmin gün 230 ailə başsız qalıb, 487 nəfər əlil olub, 1275 nəfər əsir götürülüb, 150 nəfərin taleyi barədə isə hələ də heç bir məlumat yoxdur.

Vurğulanır ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib, fevralın 26-sı Xocalı Soyqırımı Günü elan edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video