26 Fevral 2020 17:38
477
SİYASƏT
A- A+

Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri Türkiyə KİV-lərinin əsas mövzusu olub

 

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın fevralın 25-də Azərbaycan Respublikasına etdiyi səfər qardaş ölkənin aparıcı kütləvi informasiya vasitələri (KİV) tərəfindən geniş işıqlandırılıb. Dövlət başçılarının çıxışlarındakı mühüm məqamlardan manşet material kimi istifadə olunub.

AZƏRTAC xəbər verir ki, Türkiyənin TRT HABER televiziya kanalı Prezident Rəcəb Tayyib Ərdoğanın səfərdən əvvəl Ankarada Esenboğa Hava Limanında keçirdiyi mətbuat konfransını, Bakıda Prezident İlham Əliyev tərəfindən qarşılanmasını və digər mühüm informasiyaları canlı yayımla tamaşaçılara çatdırıb.

Ümumiyyətlə, bu səfərin anonsu veriləndən başlayaraq Anadolu və İHA agentlikləri, "Milliyet”, "Yeni Şafak”, "Sabah”, "Hürriyet” və digər qəzetlər, NTV, A HABER, TRT AVAZ və s. televiziya kanalları, həmçinin digər nüfuzlu KİV-lər Azərbaycan-Türkiyə münasibətlərinin hazırkı vəziyyəti və perspektivlərinə dair geniş materiallar yayılıb.

Prezident İlham Əliyevin söylədiyi "Azərbaycan dövləti və Azərbaycan xalqı Türkiyə dövlətinin və xalqının yanındadır”, Prezident Rəcəb Tayyib Ərdoğanın "Qarabağ Azərbaycan qədər bizim də məsələmizdir” ifadələri, həmçinin digər mühüm siyasi çağırışlar qardaş ölkə KİV-lərində günün əsas xəbərinə çevrilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video