26 Fevral 2020 17:01
437
SİYASƏT
A- A+

Pakistanın KİV-ləri Xocalı soyqırımı ilə bağlı materiallar yayıb


Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması məqsədilə Bütün Pakistan Qəzetləri Cəmiyyətinin (All Pakistan Newspapers Society - APNS) təşəbbüsü ilə ingilis və urdu dillərində hazırlanan materiallar ölkənin bir çox kütləvi informasiya vasitələrində dərc edilib.

AZƏRTAC xəbər verir ki, materiallarda Xocalı soyqırımı haqqında ətraflı məlumat verilib, 1992-ci il fevralın 26-da erməni silahlı qüvvələrinin Azərbaycanın Xocalı şəhərinə daxil olaraq, şəhəri yerlə-yeksan etdikləri bildirilib. Materiallarda Xocalı soyqırımı zamanı öldürülən, yaralanan, əsir götürülən insanların, o cümlədən qadın və uşaqların sayı ilə bağlı statistik məlumatlar da yer alıb.

Məqalələrdə Xocalı soyqırımını törədənlərin ədalət məhkəməsi qarşısına çıxarılmasının, eyni zamanda, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və işğal altındakı digər ərazilərini dərhal və qeyd-şərtsiz tərk etmələrinin tələb olunduğu vurğulanır.

Qeyd edək ki, Bütün Pakistan Qəzetləri Cəmiyyəti "Jang”, "Dawn”, "Nawa-i-Waqt” kimi böyük informasiya agentlikləri və qəzet qrupları da daxil olmaqla, özündə bu ölkənin 170-ə yaxın nəşriyyat evini və şirkətini birləşdirir. Xocalı soyqırımı ilə bağlı materiallar Pakistanın APNS-ə üzv olan əksər qəzetlərində yayılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video