Alternative content

12:27 28 Mart 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Türkiyə XİN: Xocalı soyqırımını və Azərbaycan torpaqlarının işğalını kəskin şəkildə qınayırıq
Türkiyə XİN: Xocalı soyqırımını və Azərbaycan torpaqlarının işğalını kəskin şəkildə qınayırıq
ANA SƏHİFƏ / SİYASƏT
15:05 26.02.2020
Türkiyə Xarici İşlər Nazirliyi Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar türk və ingilis dillərində açıqlama yayıb.

AZƏRTAC Türkiyə XİN-ə istinadla xəbər verir ki, açıqlamada deyilir:

"Ermənistan silahlılarının 1992-ci il fevralın 26-da Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərinə hücumu nəticəsində 106-sı qadın, 63-ü uşaq və 70-i qoca olmaqla, ümumilikdə, 613 mülki azərbaycanlı qəddarcasına qətlə yetirilib, yüzlərlə insan yaralanıb. Mindən çox insan Ermənistan tərəfindən əsir götürülüb. İtkin düşənlərin taleyi barədə hələ də məlumat yoxdur. Mülki əhaliyə qarşı törədilən insanlığa yaraşmayan bu faciə daxil olmaqla, Azərbaycan torpaqlarının işğalı nəticəsində bir milyondan çox azərbaycanlı evlərini tərk etmək məcburiyyətində qalaraq ölkələrində qaçqın kimi yaşamaqdadır. Hazırda Azərbaycan ərazisinin 20 faizi işğal altındadır.

Xocalı soyqırımını və Azərbaycan torpaqlarının illərdir işğal altında saxlanmasını kəskin şəkildə qınayırıq.

Azərbaycanlı qardaşlarımızın 28 il əvvəl Xocalıda məruz qaldıqları soyqırımının acısını tam şəkildə paylaşırıq. Bu faciədə həyatını itirənlərə Allahdan rəhmət diləyir, bir daha bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı veririk”.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM