26 Fevral 2020 14:01
453
SİYASƏT
A- A+

Rusiyanın informasiya agentliyi Xocalı soyqırımı barədə məqalə yayıb


Rusiyanın "Ura.ru” informasiya agentliyinin saytında "Niyə 30 il bundan əvvəl baş vermiş soyqırımı Azərbaycan üçün hələ də sarsıntıdır” sərlövhəli məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, Tatyana Ryabovanın məqaləsində MDB-də ən dəhşətli faciələrdən birinin tükürpərdən tarixçəsi barədə danışılır.

Məqalədə deyilir ki, azərbaycanlılar fevralın 25-dən 26-na keçən gecə dinc sakinlərin kütləvi şəkildə vəhşicəsinə qətlə yetirildiyi Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edir. Ermənistan və Azərbaycan arasındakı münaqişə 1992-ci ildə bütöv xalq üçün faciəyə çevrildi. Müəllif məqalədə tarixçi Rizvan Hüseynov və Zaur Mehdiyevin fikirlərindən sitatlar gətirir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video