Alternative content

08:34 06 Iyul 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Moldovanın xəbər portalında AZƏRTAC-ın xüsusi müxbirinin Xocalı soyqırımına dair məqaləsi yerləşdirilib
Moldovanın xəbər portalında AZƏRTAC-ın xüsusi müxbirinin Xocalı soyqırımına dair məqaləsi yerləşdirilib
ANA SƏHİFƏ / SİYASƏT
11:34 26.02.2020

AZƏRTAC-ın Ukrayna, Belarus və Moldova üzrə xüsusi müxbiri Emil Hüseynlinin Moldovanın "Tribuna.md” xəbər portalında Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı məqaləsi dərc edilib.

"Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünyaya çatdırılması” sərlövhəli məqalədə erməni silahlılarının Xocalı şəhərində azərbaycanlı mülki şəxslərə qarşı törətdiyi soyqırımı aktından geniş bəhs edilib. Müəllif qeyd edir ki, ən müasir silahlardan istifadə edərək şəhərə hücum edən ermənilər Xocalı şəhərini tamamilə məhv ediblər. Şəhər çox sayda ağır texnikanın köməyi ilə yandırılıb və sakinlər xüsusi qəddarlıqla öldürülüb. Onların başları kəsilib, gözləri çıxarılıb, dəriləri soyulub. Erməni silahlı dəstələri tərəfindən törədilən Xocalı soyqırımında 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca amansızlıqla qətlə yetirilib.

Məqalədə vurğulanır ki, Xocalı faciəsi təxminən iki yüz ildir erməni faşistlərinin azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir.

Müəllif məqalədə qeyd edir: "Xocalı soyqırımı ilə bağlı dünya mətbuatı kifayət qədər məlumat yayıb. Belə ki, Fransanın "Valer aktuel”, "Le Mond” qəzetləri, İngiltərənin "The Sunday Times”, ABŞ-ın "Washington Post”, Rusiyanın "İzvestiya” qəzetləri ermənilərin Xocalıda mülki azərbaycanlılara qarşı törətdiyi soyqırımı faktı ilə bağlı kifayət qədər dəlillər gətiriblər”.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM