Alternative content

04:53 09 Iyul 2020
ONLINE XƏBƏR LENTİ
00:29 09.07.2020 Lider qətiyyəti
00:20 09.07.2020 Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 108 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul Qaydaları”nda dəyişikliklər edilməsi haqqında” 2011-ci il 3 mart tarixli 392 nömrəli, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2011-ci il 17 may tarixli 126-IVQD nömrəli Qanununun tətbiqi haqqında” 2011-ci il 1 iyul tarixli 459 nömrəli, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 20 aprel tarixli 345-IVQD nömrəli Qanununun tətbiqi haqqında” 2012-ci il 8 may tarixli 624 nömrəli, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2016-cı il 9 avqust tarixli 1008 nömrəli və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 30 sentyabr tarixli 329-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2016-cı il 14 noyabr tarixli 1105 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
00:17 09.07.2020 Özbaşınalıq meydanı
00:14 09.07.2020 BİLDİRİŞ
00:14 09.07.2020 BİLDİRİŞ
00:13 09.07.2020 BİLDİRİŞ
00:10 09.07.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 22 fevral 2020-ci il tarixli 384 saylı müraciətə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 22 fevral 2020-ci il tarixli 384 saylı müraciətə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
ANA SƏHİFƏ / MSK
11:15 26.02.2020

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə lider namizəd Qədirli Erkin Toğrul oğlu və onun səlahiyyətli nümayəndəsi Məmmədli Nicat Mübariz oğlu 2020-ci il fevralın 22-də Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək səsvermə günü həmin seçki dairəsinin 1, 4, 13, 20, 21, 27, 28 və 29 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələrini mübahisələndirmiş, baş vermiş qanun pozuntularının araşdırılmasına dair həmin seçki dairəsi dairə seçki komissiyasının 19 fevral 2020-ci il tarixli 17/94 saylı qərarını və həmin seçki məntəqələri üzrə səsvermənin nəticələrinin ləğv olunmasını xahiş etmişlər.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Qeydə alınmış namizəd E.T.Qədirli və onun səlahiyyətli nümayən¬dəsi N.M.Məmmədli müraciətində 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə 16 saylı Yasamal ikinci seçki dairəsinin 1, 4, 13, 20, 21, 27, 28 və 29 saylı seçki məntəqələrində səslərin düzgün hesablanmadığını, dairə seçki komissiyasına təqdim edilmiş müraciətin və digər sənədlərin hərtərəfli araşdırılmadığını iddia edərək, dairə seçki komissiyasının 19 fevral 2020-ci il tarixli 17/94 saylı qərarının ləğvini və sözügedən seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab olunmasını tələb etmişlər.

Ərizəçilər müraciətə mübahisələndirilən seçki məntəqələri üzrə səsvermənin nəticələrinə dair elektron məlumat daşıyıcısını və bir sıra aktlar əlavə etmişlər.

Araşdırma prosesində əlavə sənəd və ya material təqdim etmək, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olmasının izah edilməsi məqsədilə ərizəçilərlə əlaqə saxlanılmışdır.

Dairə seçki komissiyasının mübahisələndirilən qərarları və digər sənədlər araşdırma materiallarına əlavə edilmişdir.

Müəyyən edilmişdir ki, qeydə alınmış namizədin müraciəti dairə seçki komissiyası tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada hərtərəfli araşdırılmış, səsvermə günü mübahisələndirilən seçki məntəqələri üzrə müvafiq seçki subyektləri, o cümlədən səsvermə günü həmin seçki məntəqələrində səsvermə prosesini müşahidə etmiş müşahidəçilər, məntəqə seçki komissiyalarının üzvləri tərəfindən verilmiş izahatlarda iddia edilən qanun pozuntuları öz təsdiqini tapmamışdır.

16 saylı Yasamal ikinci seçki dairəsinin dairə seçki komissiyası qərarını onunla əsaslandırmışdır ki, namizədin müraciətində səsvermə günü seçki məntəqələrindəki qanun pozuntuları ilə bağlı iddiaları hərtərəfli araşdırılmış və nəticədə səsvermənin keçirilməsi və ya nəticələrin rəsmiləşdirilməsi zamanı seçki məntəqələri üzrə seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən qanun pozuntuları aşkarlanmadığından müraciət əsassız hesab olunaraq təmin edilməməlidir.

Müraciətin araşdırılması ilə əlaqədar səsvermə günü və sonrakı günlərdə sosial şəbəkələrdə sözü gedən seçki məntəqələrində baş verməsi iddia edilən pozuntularla bağlı yayımlanmış görüntülərə və ərizəçilər tərəfindən təqdim edilən videogörüntülərə baxış keçirilərkən, eləcə də müxtəlif seçki subyektlərindən alınmış izahatlarla müəyyən edilmişdir ki, 1, 4, 13, 20, 21, 27, 28 və 29 saylı seçki məntəqələrində baş verməsi iddia edilən qanun pozuntuları öz təsdiqini tapmamış, bu və ya digər formada seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən pozuntular müəyyən edilməmiş və bu baxımdan dairə seçki komissiyası düzgün hüquqi nəticəyə gəlmişdir.

Araşdırma ilə əlaqədar səsvermənin nəticələrinə dair məntəqə seçki komissiyalarının protokolları və digər sənədlər dairə seçki komissiyasından tələb edilərək götürülmüş və onlara baxış keçirilmişdir. Araşdırma nəticəsində həmin seçki məntəqələrinin səsvermənin nəticələrinə dair protokollarındakı məlumatlarda uyğunsuzluqlar aşkarlanmamış, bu və ya digər formada seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən pozuntular müəyyən edilməmişdir.

Göstərilənlərə əsasən lider namizəd E.T.Qədirli və onun səlahiyyətli nümayən¬dəsi N.M.Məmmədlinin müraciətinin təmin edilməməsi, 16 saylı Yasamal ikinci seçki dairəsi dairə seçki komissiyasının 19 fevral 2020-ci il tarixli 17/94 saylı qərarının dəyişdirilmədən saxlanılması üçün hüquqi əsaslar yaranmışdır.

Yuxarıda göstərilənləri əsas götürərək Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə lider namizəd Qədirli Erkin Toğrul oğlu və onun səlahiyyətli nümayəndəsi Məmmədli Nicat Mübariz oğlunun 22 fevral 2020-ci il tarixli 384 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 19 fevral 2020-ci il tarixli 17/94 saylı qərarı dəyişdirilmədən saxlanılsın.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.


Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov


Digər xəbərlər

NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM