Alternative content

19:41 28 Mart 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 19 fevral 2020-ci il tarixli 297 saylı və 20 fevral 2020-ci il tarixli 331 saylı müraciətlərə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 19 fevral 2020-ci il tarixli 297 saylı və 20 fevral 2020-ci il tarixli 331 saylı müraciətlərə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
ANA SƏHİFƏ / MSK
11:14 26.02.2020

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 19 saylı Nərimanov birinci seçki dairəsi üzrə qeydə alınmış namizəd Allahverdiyev Şəmsəddin Həsən oğlu və digərləri 2020-ci il fevralın 19-da, namizəd Qəmbər İsa Yunis oğlu 2020-ci il fevralın 20-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək 19 saylı Nərimanov birinci seçki dairəsi dairə seçki komissiyasının (dairə seçki komissiyası) 17 fevral 2020-ci il tarixli 74/163 saylı və 18 fevral 2020-ci il tarixli 77/166 saylı qərarlarını mübahisələndirmiş və seçki dairəsi üzrə seçkilərin nəticələrinin ləğvi barədə qərar qəbul olunmasını xahiş etmişlər.

Şikayətlər Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Şikayətçilər müraciətlərində səsvermə günü 19 saylı Nərimanov birinci seçki dairəsinin seçki məntəqələrində qanun pozuntularının baş verdiyini, həmin seçki məntəqələrinin bəzilərində pozuntuları təsdiq edən video görüntülərin, səsvermənin nəticələrinə dair məntəqə seçki komissiyalarının fərqli yekun protokollarının olduğunu iddia edərək seçki dairəsi üzrə seçkilərin nəticələrinin etibarsız hesab olunmasını xahiş etmişlər.

Araşdırma ilə bağlı şikayətçilər ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, onların araşdırma və Komissiyanın iclasında iştirakı təmin olunmuşdur.

Araşdırma ilə əlaqədar dairə seçki komissiyasından müvafiq sənədlər alınaraq araşdırma materiallarına əlavə edilmiş və təkrarən araşdırılmışdır.

Araşdırma zamanı səsvermə günü seçki dairəsinin seçki məntəqələrində iddia edilən qanun pozuntuları ilə əlaqədar sosial şəbəkələrdə yerləşdirilmiş görüntülər və namizədlər tərəfindən təqdim olunmuş digər seçki materialları əhatə edilmişdir.

İddia edilən pozuntularla əlaqədar şikayətçilər dairə seçki komissiyasına müraciət etmiş, komissiya tərəfindən onların şikayətləri araşdırılmış, dairə seçki komissiyasının 17 fevral 2020-ci il tarixli 74/163 saylı və 18 fevral 2020-ci il tarixli 77/166 saylı qərarları ilə müraciətləri əsassız hesab edilərək təmin olunmamışdır.

Araşdırma zamanı namizədlərin mübahisələndirdiyi seçki məntəqələri üzrə müvafiq seçki subyektlərindən, o cümlədən səsvermə günü həmin seçki məntəqələrində səsvermə prosesini müşahidə etmiş müşahidəçilər, səlahiyyətli nümayəndələr, məntəqə seçki komissiyalarının sədrləri, katibləri, üzvləri, vəkil edilmiş şəxslər tərəfindən verilmiş izahatlarda iddia edilən qanun pozuntuları öz təsdiqini tapmamışdır.

Sosial şəbəkələrdə paylaşılan və şikayətçilər tərəfindən müraciətə əlavə olunmuş elektron məlumat daşıyıcılarında olan video görüntülərin araşdırılması zamanı 4, 13, 19, 21, 22, 29, 30 və 34 saylı seçki məntəqələrində seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən qanun pozuntuları aşkar edilmişdir. Bu da qeyd olunan seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab olunması üçün hüquqi əsas yaradır.

Araşdırma zamanı 3 seçki məntəqəsində səsvermənin nəticələrinə dair təqdim olunmuş protokol nüsxələri məntəqə seçki komissiyalarından dairə seçki komissiyalarına təhvil verilən səsvermənin nəticələrinə dair rəsmi protokollarla müqayisəli yoxlanılmış, 1 və 2 saylı seçki məntəqəsi üzrə nəticələri əks etdirən protokollarda uyğunsuzluqlar aşkarlanmışdır ki, bu da seçicilərin iradəsinin müəyyənləşdirilməsinə imkan verməyən vəziyyətə gətirib çıxarmışdır. Beləliklə, 1 və 2 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi üçün əsas yaranmışdır.

Göstərilənlərə əsasən müraciətlər qismən təmin edilməli, dairə seçki komissiyasının mübahisələndirilən qərarı hissəvi ləğv edilməlidir.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 112-ci, 112-1-ci, 170-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə 19 saylı Nərimanov birinci dairəsi üzrə qeydə alınmış namizəd Allahverdiyev Şəmsəddin Həsən oğlu və digərlərinin 19 fevral 2020-ci il tarixli 297 saylı, namizəd Qəmbər İsa Yunis oğlunun 20 fevral 2020-ci il tarixli 331 saylı müraciətləri qismən təmin olunsun, 1, 2, 4, 13, 19, 21, 22, 29, 30 və 34 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab edilsin.

2. Dairə seçki komissiyasının 17 fevral 2020-ci il tarixli 74/163 saylı və 18 fevral 2020-ci il tarixli 77/166 saylı qərarları 1, 2, 4, 13, 19, 21, 22, 29, 30 və 34 saylı seçki məntəqələri üzrə hissədə ləğv edilsin, digər hissələrdə dəyişdirilmədən saxlanılsın.

3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.


Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov


Digər xəbərlər

NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM