Alternative content

00:27 09 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 25 fevral 2020-ci il tarixli 412 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 25 fevral 2020-ci il tarixli 412 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
ANA SƏHİFƏ / MSK
11:04 26.02.2020

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 73 saylı Lənkəran şəhər seçki dairəsi üzrə qeydə alınmış namizəd Sadıqlı Yadigar Sadıq oğlu 2020-ci il fevralın 25-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək həmin seçki dairəsi dairə seçki komissiyasının (dairə seçki komissiyası) 20 fevral 2020-ci il tarixli 15/47 saylı qərarını mübahisələndirmiş, həmin qərarın ləğvini, on beş seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsini və seçki dairəsi üzrə seçkilərin nəticələrinin etibarsız sayılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Namizəd Y.S.Sadıqlı müraciətində səsvermədən əvvəl seçki təşviqatı dövründə, səsvermə günü və səslərin sayılmasında 73 saylı Lənkəran şəhər seçki dairəsinin 4, 5, 7, 12, 13, 14, 15, 16, 17, 18, 19, 21, 23, 25, və 27 saylı seçki məntəqələrində pozuntular olduğunu iddia edərək həmin seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsini və seçki dairəsi üzrə seçkilərin etibarsız sayılmasını, həmçinin veb-kamera quraşdırılmış seçki məntəqələri üzrə araşdırmada həmin veb-kameraların görüntülərindən istifadə edilməsini xahiş etmişdir.

Araşdırma ilə bağlı müraciət etmiş namizədlə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, onun Komissiyanın iclasında iştirakı təmin olunmuşdur.

Müraciətin səsvermə gününədək iddia edilən qanun pozuntuları hissəsi ilə bağlı qeyd edilməlidir ki, həmin pozuntular Seçki Məcəlləsi ilə müəyyən edilmiş şikayətvermə müddəti ötürülməklə mübahisələndirildiyindən onlar üzrə araşdırma aparılması istisna olunur.

Dairə seçki komissiyasından mübahisələndirilən qərarın çıxarılması üçün əsas olmuş sənədlər alınaraq araşdırma materiallarına əlavə edilmiş və təkrarən araşdırılmışdır.

Dairə seçki komissiyası qərarını onunla əsaslandırmışdır ki, seçki günü səsvermə başlandığı andan sona çatanadək, həmçinin səslər sayılarkən və məntəqə seçki komissiyasının yekun protokolu tərtib edilərkən dairə seçki komissiyasına və mübahisələndirilən məntəqə seçki komissiyalarına namizədin və ya onun maraqlarını təmsil edən müşahidəçilərin heç bir yazılı və ya şifahi müraciəti daxil olmamışdır. Bundan başqa səsvermə günü 4, 5, 6, 7, 8, 12, 14, 15, 18, 19, 21, 23 və 27 saylı seçki məntəqələrində müşahidə aparmış müxtəlif maraqları təmsil edən müşahidəçilərdən və digər seçki subyektlərindən alınmış 81 ədəd izahatda həmin məntəqələrdə səsvermə prosesinin təşkili, keçirilməsi, səsvermə və səsvermənin nəticələrinə dair seçki məntəqəsi üzrə yekun protokolun tərtib edilməsi zamanı səsvermənin nəticələrinə təsir edə biləcək pozuntuların olmaması müəyyən edilmişdir.

Namizədin müraciətinin araşdırılması ilə əlaqədar səsvermə günü və sonrakı günlərdə sosial şəbəkələrdə yayımlanmış görüntülərə baxış keçirilmiş, lakin dairə seçki komissiyasının seçki məntəqələrindən hər hansı görüntü aşkar edilməmişdir.

Aparılmış araşdırma məcmu şəkildə qiymətləndirilərək müəyyən edilir ki, seçki dairəsi üzrə qeydə alınmış namizəd Y.S.Sadıqlının müraciətinin təmin edilməməsi barədə dairə seçki komissiyası düzgün nəticəyə gəlmişdir. Ona görə də müraciətin təmin edilməsi və dairə seçki komissiyasının qərarının ləğv edilməsi üçün hüquqi əsaslar yaranmamışdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 112-ci, 112-1-ci, maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə 73 saylı Lənkəran şəhər seçki dairəsi üzrə qeydə alınmış namizəd Sadıqlı Yadigar Sadıq oğlunun 25 fevral 2020-ci il tarixli 412 saylı müraciəti təmin edilməsin, dairə seçki komissiyasının 20 fevral 2020-ci il tarixli 15/47 saylı qərarı dəyişdirilmədən saxlanılsın.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov


Digər xəbərlər

NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM