Alternative content

00:59 09 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 24 fevral 2020-ci il tarixli 401 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 24 fevral 2020-ci il tarixli 401 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
ANA SƏHİFƏ / MSK
11:03 26.02.2020
2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 29 saylı Səbail seçki dairəsi üzrə qeydə alınmış namizəd Kərimov Fərəc Raqif oğlu 2020-ci il fevralın 24-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək səsvermə günü həmin seçki dairəsinin bir sıra seçki məntəqələrində qanun pozuntularının baş verdiyini iddia etmiş, həmin pozuntuların araşdırılmasına dair dairə seçki komissiyasının 18 fevral 2020-ci il tarixli 15/54 saylı qərarını mübahisələndirmiş və seçki dairəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab olunmasını xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələri və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”da nəzərdə tutulmuş müddətdə və qaydada verildiyindən Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Namizəd F.R.Kərimov müraciətində 29 saylı Səbail seçki dairəsinin 1, 2, 4, 5, 6, 13, 17, 18, 19, 22, 23, 24, 25, 26, 27 və 28 saylı seçki məntəqələrində adları seçici siyahılarında olmayan seçicilərin səs verdiyini, bir şəxsin bir neçə dəfə səs verməsinə şərait yaradıldığını, seçki bülletenlərinin topa ilə seçki qutularına atıldığını, həmin pozuntularla bağlı dairə seçki komissiyasına təqdim edilmiş müraciətlərin və digər sənədlərin düzgün araşdırılmadığını iddia edərək, dairə seçki komissiyasının 18 fevral 2020-ci il tarixli 15/54 saylı qərarının və seçki dairəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsini xahiş etmişdir. Müraciətə 1 ədəd elektron məlumat diski (DVD-disk) əlavə edilmişdir.

Araşdırma prosesində ərizəçi ilə əlaqə saxlanılmış, ona əlavə sənəd və ya material təqdim etmək, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmişdir.

Müəyyən edilmişdir ki, qeydə alınmış namizədin müraciəti dairə seçki komissiyası tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada hərtərəfli araşdırılmış, səsvermə günü mübahisələndirilən seçki məntəqələri üzrə müvafiq seçki subyektləri, o cümlədən səsvermə günü həmin seçki məntəqələrində səsvermə prosesini müşahidə etmiş müşahidəçilər, məntəqə seçki komissiyalarının üzvləri tərəfindən verilmiş izahatlarda iddia edilən qanun pozuntuları öz təsdiqini tapmamışdır.

29 saylı Səbail seçki dairəsinin dairə seçki komissiyası qərarını onunla əsaslandırmışdır ki, namizədin müraciətində səsvermə günü seçki məntəqələrindəki qanun pozuntuları ilə bağlı iddialar hərtərəfli araşdırılmış və nəticədə səsvermənin keçirilməsi və ya nəticələrin rəsmiləşdirilməsi zamanı seçki məntəqələri üzrə seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən qanun pozuntuları aşkarlanmadığından müraciət əsassız hesab olunaraq təmin edilməməlidir.

O da qeyd edilməlidir ki, həmin seçki dairəsi üzrə qeydə alınmış digər namizədlərin şikayətləri ilə əlaqədar aparılmış hərtərəfli araşdırma nəticəsində seçicilərin iradə ifadəsini müəyyənləşdirməyə imkan verməyən pozuntular aşkar edildiyindən Mərkəzi Seçki Komissiyasının 18 fevral 2020-ci il tarixli 26/293 saylı qərarı ilə 1, 5, 9, 11, 17 və 25 saylı seçki məntəqələri üzrə 24 fevral 2020-ci il tarixli 32/398 saylı qərarı ilə 23 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması nəzərə alınmalıdır.

Araşdırma ilə müəyyən edilmişdir ki, səsvermə günü yuxarıda qeyd edilən 7 seçki məntəqəsi istisna olmaqla, seçki dairəsinin mübahisələndirilən digər seçki məntəqələrində baş verməsi iddia edilən qanun pozuntuları öz təsdiqini tapmamış, seçicilər sərbəst şəkildə səs verərək öz iradələrini ifadə etmiş, məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokolları Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq tərtib olunmuş və bu baxımdan dairə seçki komissiyası düzgün nəticəyə gəlmişdir.

Səsvermə günü seçki məntəqələrində baş verməsi ehtimal olunan qanun pozuntularının araşdırılması məqsədi ilə müşahidə aparmış müxtəlif seçki subyektlərindən alınmış izahatlardan müəyyən edilmişdir ki, nəticələri etibarsız hesab edilmiş 7 seçki məntəqəsi istisna olmaqla, müraciətdə qeyd olunan pozuntuları təsdiq edən hər hansı bir fakt aşkarlanmamışdır.

Göstərilənlərə əsasən qeydə alınmış namizəd F.R.Kərimovun müraciətinin təmin edilməməsi, 29 saylı Səbail seçki dairəsi dairə seçki komissiyasının 18 fevral 2020-ci il tarixli 15/54 saylı qərarının dəyişdirilmədən saxlanılması üçün hüquqi əsaslar yaranmışdır.

Yuxarıda göstərilənləri əsas götürərək Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə 29 saylı Səbail seçki dairəsi üzrə qeydə alınmış namizəd Kərimov Fərəc Raqif oğlunun 24 fevral 2020-ci il tarixli 401 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 18 fevral 2020-ci il tarixli 15/54 saylı qərarı dəyişdirilmədən saxlanılsın.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.


Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov



Digər xəbərlər

NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM