26 Fevral 2020 10:47
551
SİYASƏT
A- A+

Xarici İşlər nazirinin müavini Ramiz Həsənov BMT-nin baş katibinin müavini ilə görüşüb


Fevralın 25-də Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini Ramiz Həsənov İsveçrəyə səfəri çərçivəsində BMT-nin baş katibinin müavini, BMT-nin Təlim və Tədqiqatlar İnstitutunun (UNİTAR) icraçı direktoru Nikhil Set ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Nikhil Set təmsil etdiyi qurumun yaranma tarixi, fəaliyyəti, dünyanın müxtəlif yerlərində həyata keçirdiyi proqramlar və layihələr barədə ətraflı məlumat verib və UNİTAR ilə ölkəmiz arasında mövcud əməkdaşlıq münasibətlərini və əlaqələrin möhkəmləndirilməsi istiqamətində atılan addımları yüksək qiymətləndirib. O, qarşıya qoyulan layihələrin uğurla icra olunduğunu, xüsusi ilə Bakı Ali Neft Məktəbi ilə UNİTAR arasında təhsil sahəsində davam edən əməkdaşlığı yada salıb və yeddi nigeriyalı gəncin 2019-2023-cü tədris illəri müddətində neft-qaz mühəndisliyi ixtisası üzrə Bakıda təhsil aldığını vurğulayıb.

Daha sonra nazir müavini Ramiz Həsənov ölkəmizin beynəlxalq təhsil mübadiləsi sahəsində fəaliyyətinə toxunaraq, artıq bir çox təhsil müəssisəsində yerli və xarici mütəxəssislər üçün müxtəlif sahələr üzrə ixtisaslaşmış təlim və tədris proqramlarının təşkil edildiyini, ənənəvi olaraq digər ölkələrdən çoxsaylı tələbələrin neft mühəndisliyi və başqa ixtisaslar üzrə təhsil aldıqlarını və məhz bu istiqamət üzrə UNİTAR ilə ölkəmiz arasında mövcud olan əməkdaşlıqdan böyük məmnunluq duyduğunu bildirib.

Sonra Azərbaycan ilə UNİTAR arasında gələcək əməkdaşlıq və perspektiv imkanlarına dair geniş fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video