Alternative content

09:51 05 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bəşəriyyət tarixində ən dəhşətli cinayət
Bəşəriyyət tarixində ən dəhşətli cinayət
ANA SƏHİFƏ / Təhsil
03:42 26.02.2020


Gəncə Dövlət Universitetində Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdən əvvəl universitetin rektoru, professor Yusif Yusibov, müəllimlər və tələbələr Xocalı hadisələrindən bəhs edən rəsm əsərlərindən ibarət sərgiyə baxmışlar.

Akt zalında davam etdirilən tədbirdə Dövlət himni səsləndirildikdən sonra Xocalıda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra Xocalı faciəsinə həsr edilmiş videoçarx nümayiş etdirilmişdir. Diqqətə çatdırılmışdır ki, keçən əsrin dəhşətli hadisələrindən olan Xocalı soyqırımı təkcə Azərbaycan xalqına deyil, ümumilikdə bəşəriyyətə qarşı yönəlmiş cinayət aktıdır. 28 il əvvəl fevralın 25-dən 26-na keçən gecə ermənilərin Azərbaycanın bu qədim şəhərində törətdikləri vəhşiliklər əsrlər keçsə də, heç vaxt unudulmayacaq.

Çıxış edənlər bu barbarlığı vandalizm adlandırmışlar. Qeyd etmişlər ki, 1988-ci ildən başlamış Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi tarixində ən müdhiş hadisələrdən biri Xocalıda baş vermiş soyqırımıdır. Ermənilərin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Xocalı sakinlərinə amansız divan tutması nəticəsində 613 nəfər dinc sakin, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca xüsusi amansızlıqla qətlə yetirilmişdir.

Sonra universitet tələbələri Xocalı soyqırımından bəhs edən ədəbi-bədii kompozisiya nümayiş etdirmişlər.

Sabir ƏLİYEV,

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM