Alternative content

19:24 29 Mart 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İlahiyyat İnstitutu “Azərbaycan Universitetləri Sərgisi-2020”də
İlahiyyat İnstitutu “Azərbaycan Universitetləri Sərgisi-2020”də
ANA SƏHİFƏ / Təhsil
03:40 26.02.2020


Azərbaycan İlahiyyat İnstitutu 2020-2021-ci tədris ili üzrə instituta yüksək intellektli və savadlı gənclərin cəlb olunması məqsədilə respublikanın bir sıra bölgələrində yerləşən orta məktəblərin yuxarı sinif şagirdləri üçün maarifləndirici tədbirlərini davam etdirir. Ali təhsil müəssisəsinin növbəti görüşü Bakı şəhərinin Qaradağ rayonunda olub.

Tədbiri giriş sözü ilə açan Bakı şəhəri, Qaradağ rayon Faiq Rəfiyev adına 166 nömrəli məktəb-liseyin direktoru Şəmsi Qocayev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə təhsilə qayğı yüksək səviyyədədir. Bu sahədə həyata keçirilən islahatlar ilk növbədə Azərbaycanın xoşbəxt və firavan gələcəyinə hesablanmışdır.

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov müstəqil Azərbaycan Respublikasında təhsilə, onun inkişafına dövlətimiz tərəfindən xüsusi diqqət yetirildiyini vurğulayıb. Müasir cəmiyyətin inkişafında təhsilin müstəsna rolu olduğunu qeyd edən Aİİ rəhbəri bildirib ki, hazırda ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə elmin, təhsilin maddi-texniki bazası möhkəmləndirilir, yenilənir, ən müasir, qabaqcıl texnologiyalar ilə təmin olunur.

Aİİ rəhbəri abituriyentlərə qarşıya qoyduqları məqsədlər naminə səylə çalışmağı tövsiyə edib: "Gənclərimiz xalqımızın milli-mənəvi, əxlaqi dəyərlərinə sədaqət ruhunda tərbiyə olunmalıdırlar. Müstəqil Azərbaycanın gələcəyi bugünkü gənc nəslin düzgün təlim-tərbiyəsindən daha çox asılıdır”.

C.Məmmədov daha sonra ölkəmizdə din sahəsinə, milli-mənəvi dəyərlərin qorunmasına böyük önəm verildiyini diqqətə çatdırıb. Bunun ən bariz nümunəsinin Prezident cənab İlham Əliyevin 9 fevral 2018-ci il tarixli sərəncamına əsasən Azərbaycan İlahiyyat İnstitutunun yaradılması olduğunu bildirib. Rektor bu ali təhsil müəssisəsinin məqsəd və hədəfləri haqda da ətraflı məlumat verib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Anar Kazımov gəncləri öz təsir dairəsinə salmağa cəhd edən, milli-mənəvi dəyərlərimizə zərbə vurmağa çalışan qeyri-ənənəvi radikal dini cərəyanlarla mübarizədə təhsilin, maarifçiliyin əhəmiyyətini vurğulayıb.

Aİİ İlahiyyat fakültəsinin dekanı Mirniyaz Mürsəlov tələbələrin daha yaxşı təhsil almaları üçün institutda yaradılan şərait, tədris prosesi, keçirilən fənlər haqda məlumat verib.

Aİİ-nin Magistratura və doktorantura şöbəsinin müdiri Fidan Yusifova ali təhsil müəssisəsinə qəbul prosesinin təşkili, həmçinin mövcud ixtisaslar barədə geniş bəhs edib. İnstituta qəbul olunmuş hər bir abituriyentin dövlətin qayğı və diqqəti ilə yaradılmış lazımi şəraitdən, ödənişsiz təhsil və digər imtiyazlardan tam yararlanacağını vurğulayıb. Bundan başqa, tələbələrin ödənişsiz geyim və dərsliklərlə təmin ediləcəkləri, dərslərdən əlavə, ayrıca xarici dil kurslarına cəlb olunacaqları və digər üstünlüklərə yiyələnəcəkləri də qeyd edilib.

Azərbaycan İlahiyyat İnstitutu həmçinin "Azərbaycan Universitetləri Sərgisi-2020”də iştirak edib.

Aİİ-nin əməkdaşları tərəfindən sərgi iştirakçılarına ali təhsil müəssisəsinin fəaliyyəti, qəbul prosesinin təşkili, mövcud ixtisaslar, təqaüd proqramları, ödənişsiz təhsil imkanları, beynəlxalq əlaqələri, xarici universitetlərlə bağlanmış müqavilələr, burada keçirilən tədbirlər, konfranslar, əldə olunan nailiyyətlər haqda geniş məlumat verilib.

Sərgidə eyni zamanda ali təhsil müəssisəsinin fəaliyyətini əks etdirən Azərbaycan, ingilis, rus və ərəb dillərində broşür, buklet və kataloqlar, "Din araşdırmaları” jurnalı, "İlahiyyatçı” qəzeti, "İlahiyyat” jurnalı, konfrans materialları və "İlahiyyat nəşrləri” adı altında layihəyə əsasən çap olunan ali təhsil müəssisəsi müəllimlərinin kitabları nümayiş etdirilib.

Xəyalə MURADLI,

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM